Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının ilk günlərindən Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
İlkxeber.org-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyə Prezidenti, Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiyini vurğulayıb.
Qeyd edək ki, avqustun 6-da Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
© 2020 - Created by İLK XEBER.