Türkiyədə meşə yanğınları zamanı çəkilmiş görüntülər yanğınsöndürmə briqadalarının necə ağır şəraitdə xidmət etdiyini nümayiş etdirib.
İlkxeber.org xəbər verir ki, meşə yanğınların söndürlülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ciddi təhlükə ilə üz-üzə qalıblar.
Hadisə Marmaris rayonunun Armutalan bölgəsində baş verib.
Görüntülərdə yanğınsöndürmə briqadasının əməkdaşlarının yanğın baş verən ərazidə çətin vəziyyətə düşdükləri əks olunur. Belə ki, azərbaycanlı yanğınsöndürənlər yanğının qarşısını almağa çalışarkən qəfildən alov şiddətlənib. Bu zaman onlar yanğının düz mərkəzində olublar. Aralarında Azərbaycandan olan yanğınsöndürənlərin də olduğu heyətin bir hissəsi yanğın arasında qaldığı üçün digər heyət onların yardımına qaçır.
Sözügedən görüntüləri təqdim edirik:
© 2020 - Created by İLK XEBER.