Rusiya ilə təbii qaz, mədənçilik, neft, elektrik və nüvə enerjisi sahəsində mövcud əməkdaşlığımızı daha da inkişaf etdirmək barədə razılığa gəldik.
İlkxeber.org xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Məhməd Muş Rusiya-Türkiyənin iqtisadi protokol imzalamasından danışarkən deyib.
"Sözügedən protokol vasitəsilə sənayedən kənd təsərrüfatına, enerjidən turizmə qədər bir çox mövzu müzakirə edilib və bu, iki ölkə arasında iqtisadiyyat və ticarət sahəsində sıx əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır", - nazir vurğulayıb.
© 2020 - Created by İLK XEBER.