"Hər günü Azərbaycan xalqının tarixinə böyük qəhrəmanlıq salnaməsi kimi düşən 44 günlük müharibə Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun parlaq qələbəsi ilə başa çatıb. Bilirsiz ki, müharibə başa çatan kimi dövlət başçısı işğaldan azad edilmiş ərazilərimizdə bərpa quruculuq işlərinin xüsusi büsətlə getməsi, məhz quruculuq işlərinin, yenilməzlik ruhumuzu təsdiq edən böyük qayıdış planına start verib".
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahın nəzdindəki İdarələrarası Mərkəzin elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun rəhbəri Fərəh Əliyeva deyib.
Onun sözlərinə görə, bütün bu məsələləri əlaqələndirilmiş şəkildə həyata keçirmək üçün dövlət başçısının Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan sosial-iqtisadi, humanitar, bərpa-quruculuq məsələləri mərkəzləşmiş qaydada fəaliyyəti təmin etmək üçün Əlaqələndirmə Qərargahı yaradılıb:
"Bu Qərargah nəzdində idarəetmənin daha çevik aparılması üçün mərkəz yaradılıb. Mərkəzdə müxtəlif işçi qruplar fəaliyyət göstərir. Onlardan biri də elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupudur. Prezident Sərəncamı noyabrda verilib, yəni qələbimizdən bir neçə gün sonra. Bu müddət ərzində orada aparılacaq işlərin planlaşdırılması, perspektivləri, layihələndirmə istiqamətli xeyli iş görülüb. Biz bu işləri daha dəqiq aparmaq üçün işğaldan azad olunmuş torpaqlarda işçi qrupların iclaslarını keçiririk. Dünən biz Ağdamda olmuşuq, kifayət qədər bilgi toplaya bilmişik. Ağdamın tarixi yerlərində olmuşuq, mədəni abidələrinə baxmışıq. Sözün düzü, Ağdamda gördüklərimiz bizi çox sarsıtdı. Vaxtilə Azərbaycanın ən gözəl, inkişaf etmiş çiçəklənən şəhərindən demək olar ki, heç nə qalmayıb. Amma biz inanırıq ki, tarixi yaddaşımızda Ağdam necə qalıbsa, gələcəyimizin də çox parlaq şəhəri olacaq. Ağdamda İmarət Kompleksinə baxdıq, Şahbulaqda olmuşuq, Qiyaslı məscidində, Ağdam Cümə məscidində olmuşuq. Bildiyiniz kimi, cənab Prezident səfərdə olanda bir çox layihələrə artıq imza atıb, başlanması ilə bağlı xüsusi göstəriş verib. Bunlar ınsırasında möhtəşəm Zəfər parkı olacaq, İşğal muzeyi çox orijinal konsepsiyaya malik olacaq. Biz onların hamısına baxış keçirdik, fikir mübadiləsi apardıq. İşçi qrupun tərkibində alimlər, mütəxəssislər var. Aidiyyəti üzrə orada iş aparan dövlət qurumların nümayəndələri var. Ağdamdan sonra Şuşada olmuşuq, Şuşa bildiyiniz kimi, Azərbaycanın mədəniyyət paytaxtıdır. Orada şəhər dövlət qoruğu yaradılıb. Şuşada yüzlərlə mədəni-dini abidələrimiz var. Bu abidələr artıq prioritetləşdirilir, yəni invertarlaşması tam bitib. Biz onların hamısına naxış keçirmişik, Ağdamda da tarixi məhəllələrinə baxmışıq, orada artıq bərpa-quruculuq işləri aparılır. Bütün kompleks tədbirlər müzakirə olunub, onların hamısı toplanacaq, müəyyən bir rəy təqdim olunacaq. Hadrutda da alban məbədinə getdik, ermənilərin bütün ideologiyasında nifrət, saxta tarix yaratmaq üzərində qurulub, özününkü olmayanı özününküləşdirmək olub. Bu baxımdan təbii ki, bizim alimlərimizin, memarlarımızın, arxeoloqlarımızın üzərinə böyük iş düşür. Biz Ağdamda Üzərliktəpədə də olduq. Yaxın günlərdə orada da qazıntı işlərinə başlanacaq. Bir sözlə, İşçi qrup bu işlərin sadəcə icrasına məsul olan məmur kimi yanaşırmırıq, bunlar hamısı bizim vətəndaşlıq borcudur. O torpaqlarda şəhidlər vermişik, bu torpaqlar şəhidlərin qanı-canı bahasına alınıb. Ona görə də bu bizim vicdan borcumuzdur ki, tez bir zamanda dövlət başçısının dediyi kimi, Qarabağı cənnətə çevirək".
© 2020 - Created by İLK XEBER.