Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdə 11 işçi qrup fəaliyyət göstərir. Bu işçi qruplarda 72 dövlət qurumunun 150-dən artıq nümayəndəsi təmsil olunur.
İlkxeber.org-nun məlumatına görə, bunu Hadrutda jurnalistlərə açıqlamasında İdarələrarası Mərkəzin katibliyinin rəhbəri Nüsrət Süleymanov bildirib.
Onun sözlərinə görə, indiyə qədər, işçi qruplar fəaliyyətlərini əsasən Bakı şəhərində göstərirdi: "Artıq Prezident Administrasiyanın rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq sözügedən iclasların işğaldan azad edilmiş ərazilərdə keçirilməsi ilə əlaqədar qərar qəbul olunub. Daha əvvəl iki belə iclas keçirilib. İlk iclas enerji məsələri və ekoloji məsələlər üzrə işçi qrupların birgə iclası olub. Minalardan təmizləmə və mülki hərbi əlaqələndirmə üzrə işçi qrupların da birgə iclası olub. Bu iclas Füzuli şəhərində həyata keçirilib. Bu gün isə üçüncü belə iclas keçirildi. Çox əlamətdar hadisədir ki, bu gün iclası işğaldan azad edilmiş Hadrut qəsəbəsində keçirildi".
© 2020 - Created by İLK XEBER.