İyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Musavat.com xəbər veri ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.
***
Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilir.
Musavat.com-un məlumatına görə, görüşdən sonra sənədlərin imzalanma mərasimi və dövlət başçılarının mətbuata bəyanatı olacaq.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Musavat.com
© 2020 - Created by İLK XEBER.