Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya qəbul ediləcəyi xəbərinin yayılmasından sonra NBC telekanalının suallarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, Putin hərbi blokun Şərqi Avropaya doğru genişlənməsinin iki dalğada baş verdiyini bildirib.
Jurnalistin “Genişlənməyəcəyinə dair söz harada yazılıb?” sualına Putin qəzəblənib və cavabı belə olub: “Afərin sizə! Haqlısınız, bizi uşaq kimi aldatdılar. Hər şey kağıza yazılmalıdır”.
İttifaqın niyə şərqə doğru genişləndiyini və Rusiya sərhədlərinə yaxınlaşdığını soruşan Putin bildirib: “Sonra da bizim aqressiv davrandığımızı söyləyirsiniz. Niyə belədir? Sovet İttifaqının dağılmasından sonra Rusiya ABŞ və Avropa ölkələri üçün bir təhlükəmi yaratdı?..”
O, Rusiyanın böyük xərclər etdiyinə diqqət çəkib: “Nə baş verdi? NATO sərhədlərimizdə öz infrastrukturunu qurdu. Sonra da kimisə təhdid etdiyimizi deyirsiniz? Bəli, nizamlı təlimlər keçirik. Bu, niyə NATO tərəfdaşlarını narahat etməlidir? Bunu başa düşmürəm”.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bundan əvvəl verdiyi açıqlamada NATO-nun ölkəsinin ittifaqa üzv qəbul ediləcəyini təsdiqlədiyini söyləyib:
“NATO-dakı tərəfdaşlarımızın qarşılaşdığımız çətinliklərlə əlaqədar anlayışını yüksək qiymətləndirirəm. Liderlər Ukraynanın ittifaqa üzv olacağını təsdiqlədi və “Üzvlüklə bağlı Fəaliyyət Planı”nın (MAP) bu müddətin vacib bir hissəsi olduğunu qeyd etdilər. Ukrayna Avroatlantik təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır və bu rolu üçün layiq olduğunu almalıdır”.
© 2020 - Created by İLK XEBER.