Zaxarovadan mina xəritələrinin Bakıya verilməsinə: Böyük xəbər!

Azərbaycan minalanmış ərazilərin xəritələri müqabilində, Ermənistana 15 hərbçini təhvil verdi. Çoxdan gözlənilən və böyük xəbərdir. Tərəflərin bu cür addımlarını alqışlayırıq.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova qeyd edib.

Qeyd edək ki, bu gün Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.