Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunan Şuşa şəhərinə səfər edəcək.
İlkxeber.org xəbər verir ki, bu barədə Ərdoğan AKP-nin parlament qrup toplantısında bildirib.
Türkiyə lideri Brüsselə səfərindən sonra Azərbaycana gələcəyini bəyan edib.
Ərdoğan, həmçinin Şuşaya ailəsi ilə birlikdə gedəcəyini vurğulayıb: "Ailəlikcə işğaldan azad edilmiş Şuşaya səfər edəcəyik".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyun ayının 15-də Azərbaycana səfər edəcək.
© 2020 - Created by İLK XEBER.