“Paşinyanın seçkiqabağı Fransaya səfəri çərçivəsində Bu fikirlərin müəllifi olan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hesab edir ki, bir sıra ölkələr, o cümlədən Fransa bir dövlət kimi Azərbaycanın 44 günlük müharibədə Ermənistanı hərbi cəhətdən məğlub edərək işğal olunmuş ərazılərimizin əksər hissəsini azad etməsini və bölgədə yeni vəziyyət yaratmasını, qardaş Türkiyənin beynəlxalq gücə çevrilməsini qəbul etmək istəmir: “Buna görə də hər vasitə ilə Azərbaycanı və Türkiyəni ittiham etməyə çalışırlar”.
Partiya sədrinin fikrincə, döyüş əməliyyatları dayandırıldıqdan sonra Azərbaycan ərazılərinə keçərək terror aksiyası törədən şəxslərin, ərazılərimizi minalayan zaman həbs olunan terrorçuların hərbi əsir kimi qələmə verilərək onların dərhal azad edilməsi, Azərbaycan qoşunlarının Ermənistan ərazisini tərk etmələri kimi absurd tələblər bölgədə sabit sülh yaradılması prosesinə mane olur: “Bu eyni zamanda Fransanın bir dövlət kimi Azərbaycana və Türkiyəyə münasibətdə qərəzli siyasət sərgiləməsinin göstəricidir”.
© 2020 - Created by İLK XEBER.