Ermənistanın İctimai telekanalı Azərbaycanın anklavları haqqında yeni reportaj yayıb. Erməni telekanalının budəfəki süjetində arxiv xəritələri göstərilib və ictimaiyyətə bu torpaqların Azərbaycanın anklavları olduğu əyani şəkildə sübut olunub.
Axar.az xəbər verir ki, bu barədə ermənistanın 168.am nəşri yazıb.
Efirdən sonra Ermənistanın İctimai Televiziyasına qarşı "düşmənə kömək” ittihamları irəli sürülüb.
“Azərbaycan kəndlərinin erməni işğalından geri qaytarılması çağırışları Ermənistanda getdikcə daha geniş yayılmağa başlayıb. Ermənistan İctimai Televiziyasının adı çəkilən təşviqat materialında bir neçə deputatın və ekspertin bəyanatlarından da istifadə olunub.
Süjetdə qeyd olunub ki, hazırda Ermənistana məxsus Tiqranaşen kəndi vaxtilə Azərbaycan kəndi olmuşdur və bu kəndin adı Kərkidir.
Materialda bildirilir ki, hesabatda adı çəkilən kəndlərin hamısı Azərbaycan torpaqlarıdır", - deyə erməni saytı yazır.
Artıq bununla bağlı İrəvandan olan hüquq müdafiəçisi Arman Tatoyan Ermənistanın İTV-sinə qarşı bəyanat hazırlayıb. Tanoyan iddia edib ki, reportajda jurnalistlər danılmaz sübutlar təqdim etsələr belə, onlar Azərbaycan tərəfinə dəstək verməməli idilər.
“Biz özümüz özümüzə sübut edirik ki, bu kəndlər Azərbaycanındır. Bakıya belə olduğu təqdirdə nə etmək qalır?" - deyə o fikrini tamamlayıb.
© 2020 - Created by İLK XEBER.