Prezident İlham Əliyev xalqla çiyin-çiyinə beynəlxalq şantajçılara qarşı - Avroparlamenti boykot...

Prezident Ağdamda olarkən vətəndaşları AP-nin çıxardığı saxta qətnamələrdən narahat olmamağa, fikir verməməyə çağırdı; partiya liderlərindən sərt açıqlamalar - qətnamədə Türkiyə faktoru da var...

Prezident İlham Əliyev Avropa Parlamentinin növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul etdiyini açıqladı və əlavə etdi ki, heç buna fikir vermir. “Yeni Müsavat” yada salır ki, Ağdamda olarkən AP-nin qətnaməsi ilə bağlı mövqeyini bildirən İ.Əliyev vətəndaşları da bu cür sənədlərdən narahat olmamağa səslədi.

“Biz isə öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik. Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr, - altı ay artıq keçibdir, - bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Biz də bir çox məsələləri xüsusilə beynəlxalq müstəvidə özümüz üçün yəqin etdik və bu, bizə gələcəkdə düzgün qərar qəbul etməyimizə kömək göstərəcəkdir", - sitatın sonu.

Prezidentin xalqa çağırışı, Avropa Parlamentinə əhəmiyyət verməməyə səsləməsi göstərir ki, Azərbaycan beynəlxalq şantajçıların əməllərinə boyun əymək niyyətindən çox uzaqdır. Ona görə dövlətin hədəfi Qarabağın yenidən qurulmasıdır.

Prezident Ağdamın bərpasının təməl daşını qoydu - FOTOLAR

Qətnamədə deyilir ki, Azərbaycan saxladığı erməni hərbi əsirləri (?) azadlığa buraxmalıdır. Hərçənd ki, Azərbaycan dəfələrlə bəyan edib ki, həmin şəxslər hərbi əsir yox, diversant-terrorçulardır. Qətnamədə “artsax”ın dərdini çəkən AP Azərbaycanı ittiham edir, sərhədi pozmaqda günahlandırır. 44 günlük müharibədə ermənilərin Gəncə, Bərdə terroruna səsini çıxarmayan beynəlxalq təşkilatlar indi yalan qətnamələr yayırlar.

Ümumiyyətlə, bu qətnamə Avropa Parlamentinin çirkab qoxusu verən növbəti bir qərəzidir. Avropa Parlamenti erməni lobbisinin əsirinə çevrilib. Onlar bilməlidir ki, hərbi əsir kimdir, terrorçu kim... Üstəgəl, bu qətnamənin Azərbaycana heç bir təsiri yoxdur. Bəs bu qətnamələrlə nəyə nail olmaq istəyirlər? Azərbaycana təzyiqlərlə terrorçuları azad etmək mümkündürmü?

Tural Abbaslı (@TuralAbbasli) | Twitter

Tural Abbaslı

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, Avropa Parlamentinin belə mövqe sərgiləməsi gözlənilməz deyildi, illərdir eyni ampluadadırlar. Onun sözlərinə görə, bu statusda beynəlxalq qurumlar insan haqları mövzusunda xalqın rəğbətini qazansalar da, strateji məsələlərdə Azərbaycanın maraqlarına zidd addımlar atırlar. T.Abbaslı qeyd etdi ki, hətta Ermənistanın Azərbaycanın ərazisi kimi tanıdığı yerləri işğalda saxlayanda Avropa Parlamenti buna susub: “Sadəcə, güclü olan haqlıdır yanaşması var və bu qüvvədən Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Azərbaycan belə şantajlara uymamalıdır, öz bildiyi yolu getməlidir, dövlət və millət maraqlarını üstün tutmaq lazımdır. İqtidarın da əsas işi beynəlxalq qurumlara xoş gəlmək yox, millətin maraqlarına uyğun siyasət aparmaq olmalıdır”.

Partiya başqanı hesab edir ki, Azərbaycana belə qətnamələrlə təzyiq göstərmək əhəmiyyətsizdir. Onun fikrincə, bu təşkilatlar öz nüfuzuna və reputasiyasına pislik etmiş olurlar.

Arzuxan Əlizadə - VHP

 Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə vurğuladı ki, Azərbaycan həmişə Avropa Parlamentindən ədalət gözləyib: “Ən azı beynəlxalq hüquqa söykənərək  düzgün yanaşma tələb edib. Amma əfsuslar olsun ki, Azərbaycana qarşı Avropa Parlamenti və bir sıra beynəlxalq təşkilatlar ədalətsiz mövqedə dayanıblar. Onlar ilk dəfə deyil ki, belə qətnamələr çıxarırlar”.

A.Əlizadə bildirdi ki, işğal dövründə AP yalnız bir dəfə ərazilərin azad olunması barədə qətnamə qəbul edib: “O da ciddi səylərdən sonra mümkün olub. Ardınca yenə ermənipərəst mövqedən çıxış elədilər.  Burada xristian təəsübkeşliyi və Qərbin Türkiyəyə münasibəti də rol oynayır. Eyni zamanda Ermənistanda gərgin strateji savaş gedir. Qərb və Rusiya bu bölgə uğrunda mübarizədədirlər. Paşinyan isə məlumdur ki, Qərbin adamıdır, Avropa Parlamentinin qətnaməsi də qərəzli olmaqla yanaşı, həm də seçkiqabağı Paşinyana divident qazandırmaq niyyəti daşıyır. Bunu belə izah etmək lazımdır. Sadəcə, burada Azərbaycan diplomatiyasının da nöqsanlarını, lazımi səviyyədə bizi təmsil etmədiklərini söyləməliyik”.

5-ci kalona yeni nəsil hazırlayırsınız?" - Elşad Musayev - Sozcu.az

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin sözlərinə görə, məhz həmin beynəlxalq qüvvələrin sayəsində ərazilərimizdə Ermənistan dövləti yaradılıb. E.Musayevin fikrincə, indi də ikili standartlarla yanaşma beynəlxalq güclərin bir adətinə çevrilib.

BAP sədri hesab edir ki, İ.Əliyev Avropa Parlamentinə etirazını bildirib, təpkisini göstərib: “Bu təşkilatlar ərazilərimizdə möhkəmlənəndə ermənilərin tərəfini saxlayırlar. Bu da prezidentin etirazıdır. Demək istəyir ki, bu qərarları tanımıram, siz də tanımayın. Ümumiyyətlə, bir çox siyasilər də qətnamədən narazılıqlarını dilə gətiriblər”.

Məhəmməd Əsədullazadə - Xankəndi, Xocavənd və Ağdərədə de-fakto... - En  yeni xeber, Son xeber, Azerbaycan xeberleri yeni, Xeberler, Media xeber

Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyir ki, Avropa Parlamentinin Azərbaycanda saxlanılan erməni diversantların azadlığa buraxılmasını tələb etməsi barədə qətnamə tələb etməsi bu qurumun qeyri-obyektivliyini ortaya qoyur. Onun sözlərinə görə, bu qurum birinci Qarabağ müharibəsində əsir götürülmüş və itkin düşmüş azərbaycanlılar barədə indiyə qədər xəbərsizdir:

“Qətnamə erməni lobbisinin təsiri ilə qəbul edilib və Azərbaycan üçün keçərli olmamalıdır. Çünki onlar cinayətkarlardır və məlum atəşkəsdən sonra Azərbaycana qarşı terrorçu fəaliyyətə keçiblər. Azərbaycan erməni diversantların işini məhkəməyə göndərib. Bu, Azərbaycanın daxili işidir. Avropa Parlamentinin bu məsələyə siyasi don geyindirməsi iki ölkə arasında münaqişəni körükləyir və ikili standartlardan yanaşır. Ona görə də belə bir qətnamənin qəbulu Azərbaycanı hər hansı bir məsələyə yönləndirə bilməz”.