Dövlət Sərhəd Xidməti sosial şəbəkələrdə Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun iki üzvünün saxlanılması barədə yayılan iddialara münasibət bildirib.
DSX-dan Oxu.Az-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır”.
© 2020 - Created by İLK XEBER.