Bayramlı qəsəbəsinin sakinləri uzun illərdir ki, Şirvan şəhərinə getmək üçün Kür çağı üzərində qurulan “Barkaz”dan istifadə ediblər. Qəsəbədn şəhəər avtobus işləsə də. Avtobusla getmək xeyli vaxt alır, həm də gün ərzində cəmi bir neçə dəfə gedir. Qəsəbə sakinlərinin Şirvan şəhərinə rahat gediş-gəlişinin təmin edənyeganə nəqliyyat vasitəsi isə “Barkaz”dır. “Barkaz”da uzun illər ərzində baxımsızlıqdan çox təhlükəli vəziyyətə düşüb. Belə ki, həm kişik qayıqlaırn yan aldığı tərsanə, həm də sahilə birləşdirən körpü yarasız hala düşüdüyündən insanlar üçün ciddi təhlükə mənəbiynə çevrilib.
İlkxeber.org xəbər verir ki, vəziyyətlə bağlı qəsəbə sakinləri müvafiq orqanlalra müraciət etsələr də nəticəsi olmayıb. Nəhayət, sakinlər Şirvan şəhərindən Milli Məclisə depuat seçilən İltizam yusifova müraciət ediblər.
İltizam Yusifov 13 may 2021-ci ildə Ramazan bayramı günü vəziyyətlə yerində tanış olub. Orada insanlaırn gediş-gəlişinin həqiqətən də təhlükəli olduğunu görən millət vəkilinin təşəbbüsü və səyi ilə problem aradan qaldırılıb. Bir neçə gün ərzində orada təmir-bərpa işləri həyata keçirilib və insanların rahat hərəkəti təmin olunub.
İltizam Yusifov, bundan əlavə, “Barkaz”ın (kiçik gəminin) təmiri, həmçinin Şirvan şəhər hissəsinə keçid üçün yeni körpünün də hazırlanması və digər işlərin ğörüləcəyini bildirib.
© 2020 - Created by İLK XEBER.