Rusiya Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyasının müzakirəsi zamanı vasitəçi olmağı təklif edib.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Rusiya Federasiyası tərəflər arasında sərhədlərin demarkasiyası və delimitasiyasının aparılması üçün kömək təklif edib. Moskva bu məsələləri həll etmək üçün Ermənistan-Azərbaycan xüsusi komissiyasında konsultant kimi çıxış edəcək”, – deyə o bildirib.
© 2020 - Created by İLK XEBER.