Mono-etnik, mono-konfessiyalı Ermənistanın fonunda bu hadisə ikiqat dəyərdədir və böyük təbliğati anlam daşıyır. Azərbaycanda guya illərdir erməni azlığın sıxışdırıldığı, ona qarşı assimilyasiya siyasəti aparıldığı, hətta “təcavüz” həyata keçirildiyi barədə erməni şovinist çevrələri və lobbisinin, onların Qərbdəki pulla alınan havadarlarının bu gün də səngiməyən həyasız iddialarını puç, “genosid” nağılları və yalanlarını mənasız edən möhtəşəm tədbirdir. Necə deyərlər, yüz eşitməkdənsə, bir dəfə gəlib görün, əmin olun!..
Şübhə yox, bu, hər şeydən öncə Azərbaycan xalqının nə qədər tolerant, mədəni toplum olduğu haqda dünyaya, həm də vaxtında verilən növbəti mesajdır. Azərbaycan adlı vahid dövlətdə bütün millətlərin dinc-yanaşı, sülh içində yaşayıb inkişaf etdiyi, yeri gələndə ortaq Vətən uğrunda qurbanlar verməyə hazır olması barədə düşmənəlirimizə, bədxahlarımıza çatdırılan aydın ismarışdır.
Etnik, dini müxtəlifliyimiz bişəkk, bizim zəifliyimiz yox, əksinə, üstünlüyümüzdür. Özündən savayı heç kimi bəyənməyən qonşu xalq, faşist Ermənistanı çoxdan bu üstünlükdən məhrum edib özünü.
Təsadüfi deyil ki, bu gün Azərbaycanımızın istənilən guşəsində, ölkəmizə yaşayan istənilən millətdən olan şəhid məzarına rast gəlmək olar. Amma siz erməni separatizmi uğrunda, Ermənistanın apardığı işğalçılıq müharibəsində özünü onlar üçün fəda edən bircə qeyri-millətin nümayəndəsini tapa bilərsinizmi? Mümkün deyil.
Yenə əsla təsadüfi deyil ki, 2-ci Qarabağ müharibəsində biz həmçinın rus milliyyətindən olanların, o sırada bakılı Dmitri Solntsevin qəhrəmanlığının şahidi olduq. Könüllü şəkildə cəbhəyə yollanan, Qubadlı uğrunda döyüşlərdə şəhid olan 25 yaşlı Dmitrinin cənazəsi Azərbaycan bayrağına bükülü şəkildə, İkinci Fəxri Xiyabana aparılaraq dəfn edildi. Kimsə də təəccüblənmədi. Zira, Azərbaycan, deyildiyi kimi, burada doğulan, onun havasını udub çörəyini yeyən rusun da ana vətənidir...
Odur ki, festivalda rus xalq musiqisinin də səslənməsi təbii idi. Eləcə də ölkəmizdə yaşayan digər xalqlar bunu haqq eləmişdilər. Bircə erməni milli azlığından savayı. Çünki bu azlıq azğınlıq zolağından çıxmaq istəmir, xaricdəki məkrli dairələrin əlində hələ də alət olmağa, ortaq vətənimiz Azərbaycana qarşı cəbhədə yer almağa, beləcə, özünü Azərbaycana, buradakı bütün digər xalqlara qarşı qoymağa davam edir.
Xain, paxıl millət artmaz. Qonşunun halal torpağına, harama göz dikənlər, qonşunun bədbəxtliyi üzərində xoşbəxtlik qurmağa çalışanlar rifaha qovuşmaz!..
Qarabağ erməniləri bizə qarşı haqsız davanın qarşılığında nə qazanıb, nələri itirib – hamısı ortada. Nəsibləri yalnız fəlakət, müsibət, məhrumiyyət və ən əsası, gələcəyə total inamsızlıqdır! Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ailəsinə qayıtmaq barədə düşünmək üçün bundan güclü gerçək, bundan keçərli arqument?
Bu xüsusda “Xarıbülbül” festivalı erməni vətəndaşlarımıza da güclü mesajdır ki, gələn ilki Şuşa festivalında onların (oğurluq) musiqisi də səslənə bilər, əgər təcili şəkildə öz ətəklərindən daşları töküb Azərbaycana qarşı mənasız düşmənçiliyə son qoysalar. Əks halda, bir azdan Xankəndində də erməni danışığı eşidilməyəcək...
© 2020 - Created by İLK XEBER.