"Avropa parlamentinin bir qrup üzvünün, Fransa və Kanada Xarici işlər nazirliklərinin “erməni əsirlər” kimi qələmə verdikləri şəxslər hərbi əsirlər deyil terrorçulardır". Bu fikirləri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “erməni əsirlərin” azad edilməsinə dair Avropa parlamentinin bir qrup üzvünün, habelə Fransa və Kanada Xarici işlər nazirliklərinin çağırışlarına münasibət bildirərkən söyləyib.
Q.Əlibəyli daha sonra bildirib ki, həmin silahlı şəxslər döyüş əməliyyatları zamanı deyil, müharibə başa çatdıqdan təxminən 20 gün sonra təxribat törətmək məqsədilə Ermənistandan Azərbaycan ərazisinə keçərək bir sıra terror aksiyaları törətmiş, Azərbaycan ordusunun əsgərlərini və mülki şəxsləri qətlə yetirmişlər. Ona görə də beynəlxalq humanitar hüququn hərbi əsirlərə verdiyi imkandan yararlana bilməzlər.
Hərbi əməliyyatlar dayandıqdan sonra Azərbaycan 10 noyabr bəyanatına uyğun olaraq 70-dən artıq erməni əsiri və humanist addım kimi terrorrçuların da bir neçəsini qaytarıb. Bu humanist addımları düzgün qiymətləndirmək əvəzinə, digər terrorçuların guya “hərbi əsir” kimi azad oluması çağırışları regionda sülh və təhlükəsizliyə ziyan vurur – deyə partiya sədri fikrini yekunlaşdırıb.
© 2020 - Created by İLK XEBER.