Türkiyə MN “İncirlik” bazası haqda

"Bütün obyektləri ilə birlikdə dövlətimizin mülkiyyətidir"

 

""İncirlik" Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi hava bazalarından biridir".

Virtualaz.org "TRTHaber"ə istinadən bildirir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyindən (MN) deyiblər.

""İncirlik" bütün obyektləri ilə birlikdə Türkiyə Respublikası dövlətinin mülkiyyətidir", - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, Türkiyənin “Vətən” partiyasının sədri Doğu Perinçek ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımı ilə bağlı səsləndirdiyi fikirlərin ardından bu ölkənin hərbi qüvvələrinin Türkiyənin İncirlikdəki hərbi bazasından istifadəsinə qadağa qoyulması təklifini irəli sürüb.

Onu da qeyd edək ki, hazırda Adana vilayətindəki “İncirlik” aviabazası həm Türkiyə, həm də ABŞ HHQ tərəfindən istifadə olunur.