Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda MSK-nın 18 yeni və 3 ehtiyat üzvü, Milli Məclisin Sədri Sahibə Qafarova və Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev iştirak edib.
Milli Məclisin Sədri MSK üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.
İclasda təşkilatı məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.
Məzahir Pənahov yenidən MSK sədri, Rövzət Qasımov MSK sədrinin müavini, Mikayıl Rəhimli və Arifə Muxtarova isə MSK-nın katibləri seçiliblər.
© 2020 - Created by İLK XEBER.