“Türkiyə-Azərbaycan arasında yaradılmış ortaq media platforması örnək təşkil edir. Biz istəyirik ki, bunu Türk Şurasına üzv dövlətlərlə də quraq”.
“Report”un xəbərinə görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxışı zamanı deyib.
O vurğulayıb ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu: “Eyni zamanda media sahəsində əlindən gələni etdi. Biz əl-ələ verəcəyimiz halda aşa bilməyəcəyimiz maneə olmadığını gördük. Buradan bir daha böyük qururla “Qarabağ Azərbaycandır” deyirəm”.
© 2020 - Created by İLK XEBER.