"Prezidentimizin qərarı ilə Türkiyə Maarif Fondunun Himayədarlar Heyətinin Daimi üzvlüyündən dost və qardaş ölkə Azərbaycana səfir təyin olundum".
“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Cahit Bağçı tvitterdə yazıb.
“Bizi bu qürurverici və şərəfli vəzifəyə layiq görən cənab Prezidentimizə təşəkkürlərimi bildirirəm”, - səfir bildirib.
Cahit Bağçı daha sonra bu vəzifəyə təyin olunmasına dəstək verdiyi üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkür edib:
“Əsaslı dostluq və qardaşlıq ruhu ilə, şövqlə işçi arı kimi işləyəcəyik. Allah vəzifəmizi üzüağ yerinə yetirməyi nəsib eləsin”.
Xatırladaq ki, aprelin 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu Azərbaycana yeni səfir təyin edib.
Sayın Cumhurbaşkanımızın tensipleri ile Türkiye Maarif Vakfı Mütevelli Heyeti Daimi Üyeliği görevinden dost ve kardeş ülke Azerbaycan’ın Başkenti Bakü’ye Büyükelçi olarak atandım. Bizi bu onurlu ve şerefli görevlere layık gören Sayın Cumhurbaşkanımıza şükranlarımı arz ederim.+
© 2020 - Created by İLK XEBER.