Dağlıq Qarabağ-bu belə götürəndə çox mürəkkəb ənəliyyatdır. Virtualaz.org xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qazaxıstanın “Tengrinews” agentliyinə müsahibəsində deyib.
Rusiya və Türkiyə arasında münasibətlər haqda danışan Şoyqu bildirib ki, çox mürəkkəb, heç cür sadə olmayan, amma olduqca məhsuldar iş gedir. “Birgə iş. Ona görə mürəkkəbdir ki, maneələr var. Mane olur ki, Türkiyə NATO üzvüdür...Lakin biz həll variantları tapırıq. Məsələn, İdlib deeskalasiya zonası. Ümumiyyətlə, vaxtilə Suriyada deeskalasiya zonasının yaradılması bizim baxışımıza görə belə münaqişələrdə yeni səhifədir və yeni həll yollarıdır...Sonuncu iş isə şübhəsiz ki, Dağlıq Qarabağdır. Bu, belə götürəndə çox mürəkkəb əməliyyatdır. Mən bunu məhz belə adlandırardım. Çünki bu əməliyyatda nəhəng miqdarda arqumentlər, motivlər, elementlər işə salınmışdı. Axı razılaşın ki, iki qardaş xalq, bizim iki yaxın qonşu, sülh, barışıq içərisində yaşadığımız və bundan sonra da yaşayacağımız iki qonşu düşmənçilik edir...”
Rusiyanın müdafiə naziri Türkiyənin prosesə cəlb edilməsinin də vəziyyəti mürəkkəbləşdirən amil olduğunu deyib, çünki həm də Türkiyə tərəfi ilə danışmaq və məşğul olmaq lazım idi.
“Bizim prezident, hansı ki, inanın mənə, bütün bunların baş tutması üçün titanik səylər göstərdi. Üstəlik hamını yola gətirmək lazım idi. Yəni elə bir adam yox idi ki, desin: “Mən razıyam, ancaq onları da yola gətirin”. Yox, şəksiz ki, hamını yola gətirmək lazım gəlirdi. Və biz müdafiə nazirləri səviyyəsində türkiyəli həmkarlarımızla da danışırdıq. Lakin bu gün əldə olunan nəticə budur ki, birincisi, adamlar bir-birini öldürməyi dayandırıblar. İkincisi, mən ümid edirəm ki, onların artıq ikitərəfli təmaslar qurmasının və bir-birləri ilə danışmasının vaxtı çatıb. Mən Azərbaycanı və Ermənistanı nəzərdə tuturam”,-Şoyqu deyib.
O, əlavə edib ki, burada Türkiyə ilə Rusiyanın münasibətlərindən çox şey asılıdır.
“Habelə yeni oyunçular, köhnə qonşular öz təklifləri ilə ortaya çıxır. Mən İranı nəzərdə tuturam. Bu, infrastrukturun inkişafıdır, dəmir yollarının, hidroenergetikanın, nəqliyyat əlaqələrinin inkişafıdır. Çoxlu suallar var”,-Rusiya müdafiə naziri bildirib.
virtualaz.org
© 2020 - Created by İLK XEBER.