“Siyasi partiyaların birləşməsi və ya ayrılması, yeni siyasi partiyaların yaranması hər bir siyasi sistemin dinamikliyinin təzahürüdür. Necə fəaliyyət göstərməyindən asılı olmayaraq bu, dövlət qeydiyyatına alınmış siyasi partiyanın qərarıdır və digər siyasi partiyalar belə qərarlara normal yanaşmağı bacarmalıdırlar”.
Bu fikirlərin müəllifi, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hesab edir ki, bu baxımdan YAP-a birləşmiş siyasi partiyaların qərarlarına da normal yanaşılmalıdır. Partiya sədrinin fikrincə, bu qərarları milli həmrəylik nümunəsi kimi, Vətən müharibəsində Azərbaycanın hərbi qələbəsinin təsiri kimi, siyasi partiyaların elan olunan məqsədlərinin ciddi şəkildə bir-birindən fərqənməməsi kimi, hakim partiyanın nüfuzunun artması kimi qiymətləndirənlər var. Bütün hallarda belə birləşmələr həmin siyasi partiyaların, həmçinin fəaliyyətdə olan digər siyasi partiyaların aşağılanmasına cəhd gostərilməsi üçün əsas ola bilməz: “Nəzərə almaq lazımdır ki, Azərbaycanda dövlət qeydiyyatından keçmiş siyasi partiyaların əksəriyyətinin təsis sənədlərində elan etdikləri məqsədlər yaxındır və bir-birindən ciddi şəkildə fərqlənmir”.
Q.Əlibəyliyə görə, eyni zamanda əksər siyasi partiyaların siyasi fəaliyyəti virtual xarakter daşıyır, sosial şəbəkələr və internet saytları ilə məhdudlaşır. Virtual aləmdəki fəaliyyətin zəifliyinə görə siyasi partiyaların aşağılanması və onların fəaliyyətinə kölgə salınması yolveürilməzdir və buna cəhd göstərənlərin ümumi siyasi mədəniyyətinin özünün aşağı oldugunu göstərir.
© 2020 - Created by İLK XEBER.