Azərbaycanda koronavirus infeksiyasının son günlər artması səbəbindən xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi gözlənilir.
Musavat.com Pravda.az-a istinadən bildirir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın günlərdə qərar verəcək.
Qərargahın brifinqi martın 13-nə təyin edilib. Brifinqdə yeni qərarlar açıqlanacaq.
Məlumata görə, məhdudiyyətlər daha çox martın 20-28-də qeyri-iş günlərini əhatə edə bilər. Belə ki, həmin günlərdə Bakı şəhəri daxil olmaqla, virusun geniş yayıldığı şəhər və rayonlarda ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılması nəzərdə tutulur
© 2020 - Created by İLK XEBER.