“Azərbaycanın işğal olunmuş ərazisinin bir hissəsində sülhməramlı qüvvə kimi yerləşdirilmiş Rusiya hərbi kontingentinin hər vasitə ilə müdafiə etdiyi seperatçı cinayətkar rejim və onun qondarma rəhbərləri bütün hərəkətləri ilə silahı yerə qoymaq niyyətində olmadıqlarını, Azərbaycan dövlətinə meydan oxuduqlarını nümayiş etdirirlər”. Bu fikirlər Aydınlar Pariyasının sədri Qulamhüseyn Əlibəyliyə məxsusdur. Partiya sədrinin fikrincə, cinayətkar silahlı dəstələrə ”hərbi xidmətə çağırış"ın həyata keçirilməsi də belə azğın hərəkətlərdən biridir: “Seperatçı cinayətkar rejimin belə azğınlaşmasının əsas səbəbi Rusiya hərbi kontingentinin öz mandatından kənara çıxan hərəkətləri, həmin rejimi və bütövlükdə erməniləri müdafiə etməsidir. Azərbaycanın müvafiq dövlət orqanlarının Rusiya hərbi kontingentinin öz mandatından kənara çıxan hərəkətlərinə və cinayərkar rejimin azğınlıqlarına rəsmi münasibət bildirməməsi də çox ciddi narahatlıq döğurur”.
Q.Əlibəyli hesab edir ki, Azərbaycan dövləti rəsmi susqunluğa son qoymalı, Rusiyadan onun ölkəmizin ərazisində olan hərbi kontingentinin yalnız öz mandatına uyğun fəaliyyət göstərməsini, əks halda rus hərbçilərinin ərazimizdən çıxarılmasını tələb etməlidir. “Bu gün Azərbaycanın nəzarəti altında olmayan ərazilərimizdə antiterror əməliyyaları keçirib seperatcı cinayətkar rejimə son qoymalı, onların rəhbərlərini beynəlxalq xarakterli cinayətlər törətdiklərinə görə məsuliyyətə cəlb etmək üçün bütün zəruri tədbirləri görməlidir”- deyə partiya sədri fikrini yekunlaşdırıb.
© 2020 - Created by İLK XEBER.