Paşinyan Kərki kəndinin boşaldılması barədə tapşırıq verib.
Axar.az xəbər verir ki, belə bir iddia ilə Ermənistanın "Joxovurd" qəzeti çıxış edib.
Qəzetin yazdığına görə, Ermənistan baş naziri Nikol Paşinyanla qubernator Razmik Tevonyan və Ararat alayının komandiri arasında üçtərəfli görüş olub. Görüş zamanı Kərki kəndinin taleyi müzakirə olunub.
Məlumatda bildirilir ki, noyabrın 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli bəyanatdan sonra ehtimal edilir ki, Azərbaycanın eksklavı olan ərazilərin, o cümlədən Kərki kəndinin qaytarılması gündəmə gəlib, Paşinyan isə sözügedən ərazinin boşadılması və təhvil verilməsini tapşırıb.
Qeyd edək ki, Kərki kəndi Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna daxil olan və Ermənistanda yerləşən eksklavıdır.
© 2020 - Created by İLK XEBER.