“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması olduqca əhəmiyyətli bir hadisədir”. Bu fikirlər Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyliyə məxsusdur.
Partiya sədri hesab edir ki, birgə Monitorinq mərkəzi bir tərəfdən, sülhməramlı qüvvə kimi pegionda yerləşdirilmiş Rusiya hərbi kontingentinə arxayın olan erməni silahlılarını çəkindirən, digər tərəfdən oz missiyasından kənara çıxaraq hər vasitə ilə erməniləri müdafiə edən rus hərbi kontingentinin özbaşınalıqlarının, mülki şəxslər adı ilə erməni terrorçularının Qarabağa gətirməsinin qarşısını ala bilən vasitədir. Onun fikrincə, birgə Monitorinq Mərkəzində Türk hərbçilərinin təmsil olunması Qarabağ regionunda Rusiya hərbi kontingentinin iştirakının tarazlaşdırılması baxımından vacibdir. “Buna görə də sonrakı mərhələdə bu tarazlaşdırma üçün zəruri olan sayda Türkiyə hərbi kontingentinin Qarabağda iştirakına çalışmalı və nail olmalıyıq” – deyə Q.Əlibəyli bildirib.
© 2020 - Created by İLK XEBER.