Milli Məclisin yaz sessiyası başladı

Milli Məclisin 2021-ci il yaz sessiyası millət vəkillərinin Azərbaycan dövlət himnini oxuması ilə başlayıb.

Teleqraf.com xəbər verir ki, plenar iclasa Spiker Sahibə Qafarova sədrlik edir.

Spiker yeni sessiya münasibəti ilə deputatları təbrik edib və onlara uğurlar arzulayıb. Deputatların gündəliyinə 19 qanun layihəsinin müzakirəsi təklif edilir.