Qulamhüseyn Əlibəyli: "Bu Memerandumun imzalanması bütövlükdə Türk dünyasını bir-birinə daha da yaxınlaşdıracaq..."

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması hər iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsini sitimullaşdıran amildir.”
Bu fikirləri "İlkxəbər"-ə Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib. Azərbaycanla Türkmənistan arasında təkcə enerji sahəsində deyil, həm də digər sahələrdə çoxşaxəli  əməkdaşlıq üçün perspektivlər yaranır. Eyni zamanda qeyd edilməlidir ki, belə çoxşaxəli  əməkdaşlıq üçün kifayət qədər zəruri potensial və resurslar var.
Partiya sədri hesab edir ki, Anlaşma Memorandumunun imzalanması Xəzərin karbohidrogen yataqlarının bölgüsü üstündə hər iki ölkə arasında uzun müddət davam edən mübahisələrin artıq sona çatdığını göstərir. Bu Memerandumu imzalamaqla  Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başladıqlarını ən yüksək səviyyədə təsdiq etdilər.
Azərbaycan və Türkmənistanın Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlamaları isə ölkələrimizi və xalqlarımızı, bütövlükdə Türk dünyasını bir-birinə daha da yaxınlaşdıracaq, regional inkişafa və əməkdaşlığa təkan verəcək.
 
İlkxeber.org