“Azərbaycanda yanvarın 27-də şagirdlərin qış tətili başlayır”.
Bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmə ilə bağlı danışarkən bildirib.
O qeyd edib ki, qış tətili fevralın 1-dək davam edəcək.
“Həmin gün tədris ilinin ikinci yarımili başlayacaq. Yanvarın 27-nə qədər hansı gün qiymətləndirilmə keçiriləcəksə, qiymətləndirmə tarixləri də o gün üçün qeyd ediləcək”.
© 2020 - Created by İLK XEBER.