İkinci Qarabağ müharibəsində Azərbaycana göstərdikləri dəstəyə görə Pakistan və Türkiyənin xarici işlər nazirlərinə təşəkkür edirəm.
APA-nın xəbərinə görə, bu barədə İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın XİN başçısı Ceyhun Bayramov bildirib.
O deyib ki, Türkiyə və Pakistan Ermənistanın hücumlarını, Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini qınadılar, suverenlik və ərazi bütövlüyünə əsaslanaraq Azərbaycanı dəstəklədilər və beynəlxalq arenada səslərini ədalətin təcəllası üçün qaldırdılar.
© 2020 - Created by İLK XEBER.