Azərbaycan, Ermənistan və Rusiya arasında İşçi qrup yaradıldı

Yeni üçlü bəyanat: “Azərbaycan və Ermənistan yeni nəqiyyat meqalayihələrinin qovşağına çevriləcək"?

 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli (Azərbaycan, Rusiya, Ermənistan) görüş zamanı imzalanan bəyanatı bir çox xüsusiyyəti ilə qiymətləndirmək lazımdır.

Bəyanatın ümumi məzmunundan göründüyü kimi, burada artıq məsələnin siyasi aspektləri arxa plana keçib, daha çox bölgədə planlanan iri nəqliyyyat layihələrinin gerçəkləşdirilməsindən bəhs olunur.

Qeyd etmək lazımdır ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin görüşdən əvvəl Dağlıq Qarabağda yenidənqurma işlərinin görülməsi ilə bağlı baş nazir müavinləri səviyyəsində işçi qrupunun yaradılacağı barədə sözləri bir qədər narahatlığa səbəb olub. Çünki Azərbaycan torpaqlarında Ermənistanın hansısa “yenidənqurma” işini həyata keçirməsi bir çox xoşagəlməz sualları özü ilə bərabər gətirə bilərdi.



Lakin bəyanatın mətnindən görünür ki, burada ümumiyyətlə “Dağlıq Qarabağ”ın adı belə çəkilmir. Mətndə bölgəsəl iqtisadi və nəqliyyat əlaqələrinin bərpasından, bunun üçün müvafiq infrastrukturun quulmasından, bu işləri həyata keçirəcək xüsusi ekspertlər qruplarının yaradılmasından danışılır.

Sənəddə “Dağlıq Qarabağ” sözü keçmədiyi kimi, burada “status” və “hərbi əsirlər” məsələsindan də söhbət açılmadığı diqqət çəkir. Halbuki cəmi 3-4 ay öncəki dövrə qədər Nikol Paşinyan Dağlıq Qarabağın quldur rejiminin 3-cü tərəf kimi prosesə qoşulmasından dəm vururdu.

Bəyanatın 4-cü bəndində həmin nəqliyyət dəhlizlərinin Azərbaycan və Ermənistan Respublikalarının ərazisindən keçəcəyi vurğulanır. İlk dəfə olaraq beynəlxalq sənəddə bunun üçün mücərrəd cümlələr deyil, konkret olaraq bu yöndə atılacaq addımların planı, təşkili və zamanı ilə bağlı müddəalar yer alıb.

Mehri dəhlizi: “Turan qapısı” nə zaman açılır? – politoloqdan mühüm açıqlama

Azərbaycan tərəfinin olduqca maraqlı göründüyü Naxçıvanla quru dəhlizin açılması və onun təhlükəsizliyinin təmini məsələləri də bu planın içində yer alacaq.

Bu xüsuslar görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın dövlət başçısı tərəfindən dilə gətirlib. Onun sözlərinə görə, “Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalıb və indi gələcək, qonşuluqda necə birgə yaşamaq, nəqliyyat arteriyalarının necə açılması və regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi haqqında düşünmək lazımdır”.
Bütün bunların fonunda Nikol Paşinyanın Dağlıq Qarabağın statusunun hələ müəyyən edilmədiyi barədə sözləri rəsmi İrəvanın bəzi köhnə mövqelərindən əl çəkmək istəmədiyini göstərir.



Lakin təbii ki, 4 maddəlik sənəddə bir sıra mühüm məsələlərlə bağlı qaranlıq yerlər qalıb.

Bunların başında heç şübhəsiz ermənilərin bölgədə qanunsuz silahlı birləşmələrin fəaliyyətinə dair bəndin olmaması düşündürücü məqamlardan sayılmalıdır. Bəyanatda Ermənistan silahlı qüvvələrinin və ya hər hansı qeyri-qanuni başqa hərbi birləşmələrin Dağlıq Qarabağ ərazisindən çıxaırlmasına dair müddəaya rast gəlinmir. Bu isə bölgədə “sülhməramlı” funksiyasını yerinə yetirən dövlət olaraq erməni terror birləşmələrinin mövcudluğu problemi üzərindən sükutla keçən rəsmi Moskvanın üzərinə əlavə məsuliyyət qoyur.

Dedilər, sizi öldürmürük, amma iki variantınız var...” - Erməni yaraqlısı -  Savash.org

Lakin Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin Hadruta göndərilən 62 nəfərlik qrupunu tərksilah edərək onları artıq BMT səviyyəsində “hərbi əsir” deyil, “terrorçu” kimi qiymətləndirməklə öz mövqeyini ortaya qoyub. Bu isə gələcəkdə Azərbaycanın dövlət təhlükəsizliyinin təmin edilməsi ilə bağlı atacağı tədbirlər üçün ipucu verir.

Azərbaycan ərazisindən keçən region üçün böyük əhəmiyyətə malik nəqliyyat  dəhlizi - RƏYLƏR - Finans.az

Bütün bunlarla birlikdə, sənəddə əks olunduğu kimi, “Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq nəqliyyatın təşkili, həyata keçirilməsi və təhlükəsizliyi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və inşası ilə bağlı tədbirlər” sadəcə Rusiyanın himayəsi və ya inhisarına qoyulmayacaq dərəcədə mühüm layihələrdir. Xüsusilə Naxçıvana açılması nəzərdə tutulan dəhliz, o cümlədən bölgənin Qara dəniz-Ağ dəniz məkanlarına açılması perspektivləri baxımından Azərbaycanın yaxın müttəfiqi Türkiyənin də prosesə yaxından qoşulmasını zəruri hala gətirir.