Yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqlar aparılacaq.
“Report” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Tərəflər 10 noyabr üçtərəfli bəyanatının icra edilməsinin gedişatını, bölgədəki problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımları müzakirə etməyi planlaşdırırlar.
Döyüş əməliyyatlarına məruz qalan bölgələrin sakinlərinə yardımın göstərilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin açılması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək.
Bundan əlavə, Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda görüşü də nəzərdə tutulub.
© 2020 - Created by İLK XEBER.