"Atatürk millətinə necə xidmət etmişdisə Prezident İlham Əliyev də elə xidmət etdi"

 
"Hər bir halda İravanda yaranmış siyasi vəziyyət bizim xeyrimizədir"
"Hər bir halda İravanda yaranmış siyasi vəziyyət bizim xeyrimizədir"
Türkiyə və Rusiya dövlət başçıları imzalanmış sənədin ərsəyə gəlməsində böyük birlik nümayiş etdiriblər, icrası üçün də bir o qədər səy göstərəcəklər
 
 
Suallarımıza Strateji  Planlaşdırma və Araşdırmalar İnstitutunun  rəhbəri Azad Məsiyev cavablandırır.
 
-Azad müəllim, Ermənistan-Azərbaycan münaqişəsinə dair 10 noyabr bəyanatı nədən birdən birə imzalandı?
 
- Mən deməzdim ki, bu bəyanat birdən birə imzalandı. Əks-hücum əməliyyatının başlanmasından  bir neçə gün sonra hərbi ekspertlər ermənilərin məğlub olacağını praqnozlaşdırırdılar. Azərbaycan həm siyasi, həm hərbi, həm də insanların  mənəvi ruh yüksəkliyi baxımından Ermənistandan üstün idi. Ermənilərin 1990-1994-cü illər ərzində işğal etdikləri, təxminən 30 il ərzində möhkəmləndikləri əraziləri Azərbaycan əks-hücum əməliyyatı nəticəsində cəmi 44 gün ərzində geri  qaytardı. Münaqişə başlayan gündən Azərbaycan prezidenti bəyan edirdi ki, ermənilər silahlı qüvvələrini torpaqlarımızdan şıxatsınlar, bu barədə rəsmi cədvəl versinlərlər bu halada hərbi əməliyatlat dayandırıla bilər. Bundan başqa Türkiyə prezidenti Ərdoğan həmkarı prezident Vladimir Putinlə telfon danışıqları olmuşdur ki, münaqişəni dayandırmaq üçün təşəbüs etsin.  Bu müddət ərzində Paşinyan məğlubiyətini his edirdi belə bir sənədin təklif edilməsini gözləyirdi. Münaqişınin 44-cü günü erməni tərəfi məğlubiyətlərini anladılar və bəyanatı imzalamağa məcbur oldular. Yəni ermənilər ziyanın yarısından qayıtmaq xeyirdi misalını anladılar və qəbul etdilər.
 
-Deyirsiniz, ermənilər “ziyanın yarısından da qayıtmaq xeyirdir” məsələni anladılar və qəbul etdilər. Yəni ermənilərə xeyri oldu bu bəyanat. Bəs bizim xeyrimiz hardadı?
 
- Qəbul edilən sənədə kölgə salmağa çalışanlar var və  hərənin öz məntiqi var. Düşünürəm ki, ümumilikdə sənəd hər baxımdan Azərbaycanın xeyrinədir. Bu bəyanatın tarixi-siyasi əhəmiyyəti var, bəyanat nəticə etibarı ilə sülhün bərqarar olması deməkdir, həm siyasi, həm humanizim, həm hərbi, həm də iqtisadi baxımdan çox böyük əhəmiyyəti var. Bunu  arqumetlərimlə izah etməyə çalışacağam:
–Bəyanatın şərtlərinə görə Naxçıvan koridoru Laçın koridoru ilə eyni statusa malik olsa da, onun faydalılığı, iqtisadi və siyasi  baxımdan daha çoxdur, bu koridor türk dünyasına açılmış  koridor  hesab etmək olar. Bəyanat imzalanmasaydı, əməliyyat sonacan davam etsəydi, ermənilər  bu koridoru verməyəcəkdilər.
 
–Bəyanatın nəticəsi erməni birliyini parçaladı, əgər ermənilər döyüşə-döyşə məğlub olsaydılar bu halda Paşinyan Ermənistanda milli qəhrəmana çevriləcəkdi, indisə ona “vətən xaini” damğası vururlar.
 
 -Əgər bəyanat qəbul edilməsəydi münaqişə davam edəcəkdi,  hər iki tərəfdən yüzlərlə-minlərlə insan ölümü və yaralanması  ilə nəticələnəcəkdi bu da insanlıq baxımından qəbul edilməzdir, bu nöqteyi nəzərdən  bəyanatın humanizim tərəfi xüsusi əhəmiyyət kəsb edir.
 
 -  Bu bəyanatın qəbulu ilə əlaqədar bölgədə sülhün  ədalətli təminatı üçün Rusiya silahlı qüvələri ilə yanaşı  Türkiyə silahlı qüvvələrinin də Qarabağda proseslərə nəzarət etməsinin xüsusi əhəmiyyəti var. Bununla da Türkiyə-Rusiya dostluğu, əməkdaşlığı möhkəmləndi. Bizə qonşu olan hər iki dövlərlərin maraqları uzlaşdı, eyni zamanda   bəyanat türk dilli dövlətlər və xalqlar üçün qapının açılması oldu.
 
 –Bəyanat münaqişəni köklü şəkildə dayandırdı. Hərbi əməliyyat sonacan davam etsəydi ermənilər, dünya (ABŞ, qərb dövlətləri imkanlarından istifadə edərək) Azərbaycanı təcavüzkar kimi qəbul etdirəcəkdi, bunu əsas götürərək üzərimizə siyasi basqı edəcəkdilər. Bəyanat qəbul edilməklə biz beynəlxalq təşkilatların (BMT, Avropa Birliyinin) mövqeyini siyasi baxımdan öz tərəfimizə çəkmiş olduq,  sülh sevərliyimizi və humanizim mövqeyimizi bir daha bəyan etdik, bu bizim həm də siyasi qələbəmizdir.
 
-Hərb nəzəriyyəsində belə bir taktika var hüçum edən tərəf müdafiə olunan tərəfdən 2-3 dəfə çox qüvvə ilə hərəkətə keçməlidir. Nəzərə alsaq ki, Qarabağ dağlıq bölgədir bu halda nəinki, 2-3 dəfə hətta 5-6 dəfə  çox qüvvə sərf etməli olurduq. əməliyatın davamı yüzlərlə-minlərlə insan ölümü və yaralanması  ilə nəticələnəcələ bilərdi.
 
 -İqtisadi baxımdan müharibənin hər günü milyonlarla dollar vəsaitin xərclənməsi deməkdir bu bəyanatla bu  xərcələrin qarşısı alındı. Bir sözlə, qəbul edilən sənəd hər mənada bizim xeyrimizədir.
 
-Azərbaycan, Ermənistan və Rusiya liderləri birgə bəyanat imzaldıqdan dərhal sonra Ermənistanda içtimai-siyasi vəziyyət ciddi olaraq dəyişdi, İravanda qarşıdurma getdikcə güclənməkdədir. Bu qarşıdurmanın sonluğu necə ola bilər?
 
 - Erməni təfəkküründə  yüz illərdi formalaşmış millətçilik ideyası erməni cəmiyyətində milli birliyi yaratmışdı. Bu  cəmiyyət sözün əsl mənasında bəşəri dəyərlərdən uzaq, digər millətləri yaxına buraxmayan  bir toplumdur. Bu illər ərzində Ermənistanda və dünyaya səpələnmiş erməni lobbiləri hər sahədə birgə fəaliyyət göstərirdi, bunların birliyinə nufuz etmək çox çətin idi. Nəhayət ki, məlum  bəyanatın qəbul edilməsi  erməni birliyini parçaladı, bu bizim üçün torpaqlarımızın azad edilməsi qədər uğurdur.
 
İravanda başlanan etirazlar təbiidir. Maraqlı olan odur ki, siyasi baxışlarına görə insanlar həbs olunur, qəddarcasına döyülür, təqib edilir   insan haqları ilə bağlı beynəlxalq konvensiyaların müddaları pozulur. Amma özlərini demokratiyanın beşiyi adlandıran Qərb və Avropa dövlətləri - ABŞ, Fransa, Almaniya və.s göz yumur, beynalxalq təşkilatlar səslərini  belə çıxarmırlar. Aydın məsələdir ki,  ABŞ, Fransa kimi dövlətlər  Paşinyanın hakimiyətdə qalmasını istəyirlər. Onlar Paşinyanı inqlab yolu ilə hakimiyətə gətirəndə  məqsədləri  Rusiya əleyhinə toxum səpmək və onu inkişaf etdirmək idi, demək olar ki, İravanda yaranmış siyasi vəziyyət göstərir ki, qərb dairələri məqsədlərinə qismən də olsa nail olublar. Ona görə də, İravanda baş verənlərə göz yumur Paşinyanın hakimiyətdən getməsinə mane olmağa çalışırlar. Əgər Paşinyan hakimiyyətdən getsə qərbin mövqeyi zəifləyə bilər.
 
Qarşıdurma gücləndikcə vətəndaş itaətsizliyi arta bilər və  nəticədə  qan tökülməsi ilə yekunlaşar, eyni zamanda terror hadisələri də qaçılmaz olar.
 
Hər bir halda İravanda yaranmış siyasi vəziyyət  bizim xeyrimizə işləyir, bu qarşıdurma nə qədər uzansa bir o qədər erməni cəmiyyətində parçalanma yaranacaqdır ki,  bu da bizim marağımıza uyğundur.
 
- Sənədin imzalanmasında Türkiyənin və Rusiyanın rolunu necə dəyərləndirirsiniz?
 
- Bu sənədin qəbulunda Türkiyənin və Rusiyanın rolu danılmazdır. Prezident Ərdoğanın həmkarı-Rusiya prezidenti  Putinlə münaqişənin həlinə dair telefon danışıqları olmuşdur. Şükürlər olsun ki, bu danışıqlar uğurla nəticələndi. Mən  müsahibələrimdə həmişə qeyd etmişdim ki, dünyada olduğu kimi Qafqazda da  Türkiyə və Rusiyanın maraqlar uzlaşmalıdır, bu sənəd qeyd etdiyim maraqların uzlaşmasını təsdiqlədi. Münaqişə ilə bağlı qəbul edilmiş sənədə kölgə salmaq istəyənlər  Rusiya silahlı qüvvələrinin bölgəyə gəlməsi ilə bağlıdır. Əvvala  onu qeyd edim ki, Rusiyanı  rəqib və ya düşmən kimi görmək istəyənlər birmənalı olaraq ermənilərin mənafeynə xidmət etmiş olurlar. Bununla da Türkiyə-Rusiya dostluğuna və əməkdaşlığının  gələcəyinə zərbə vurmuş olurlar. Bu əməkdaşlığın inkişafı Türkdilli dövlətlərin və  xalqların birliyinə aparıb çıxaracaq. Qərbin siyasi dairələri Qafqaz bölgəsində Rusiya ilə Türkiyənin maraqlarının toqquşacağını düşünürdülər, Suriyada olduğu kimi   bu da baş vermədi. Qərbin Ermənistanda Paşiniyanın hakimiyətini himayə etməkdə məqsədlərindən biri də Türkiyə-Rusiya dostluğunu və əməkdaşlığını  pozmağa yönəlib.
 
Türkiyə və Rusiya dövlət başçıları   imzalanmış sənədin ərsəyə gəlməsində  böyük birlik  nümayiş etdiriblər, icrası üçün də  bir o qədər səy göstərəcəklər.
 
 -Azərbaycan prezidenti İ.Əliyev münaqişə başlayan gündən beynəlxalq təzyiqlərin olmasına  baxmayaraq  siyasi iradə nümayiş etdirdi. Bu barədə nə deyə bilərsiniz?
 
- Bu barədə saatlarla danışmaq olar, bircə sözlə ifadə etmək istəyirəm: Türkiyə tarixində Mustafa Kamal Atatürk millətinə necə xidmət etmişdisə, Azərbaycan tarixində də İlham Əliyev elə xidmət etdi. Mustafa Kamal Atatürk  türklərin qəlbində necə yaşayırsa, Azərbaycan xalqının qəlbində də İlham Əliyev elə qalacaq, bu şübhəsizdir. Bununla da  prezident İ.Əliyev vahid lider olaraq  xalqın şanlı tarixini yazdı.