Belarusiya vətəndaş müharibəsi astanasındadır

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev suallarımızı cavablandırır:
 
-Azad müəllim son zamanlar Belarusiyada baş verən hadisələrin Azərbaycana da təsir edəcəyi ehtimal edilir, eyni zamanda Belarasiya ilə Azərbaycanı eyniləşdirmək kimi fikirlər səslənməkdədir. Belə fikirlər nə qədər realdıır?
 
- Əvvəla, Azərbaycan Respublikası ilə Belarusiyanı eyniləşdirmək kökündən yanlışdır, çünki hər iki dövlətdə ictimai-siyasi durum fərqlidir. Bu fərqlilik həm daxili siyasəti, həm də xarici siyasət özündə əks etdirir. Müqayisə üçün qeyd edim ki, xarici siyasətdə Azərbaycan balanslaşdırıcı siyasətə üstünlük verib, Belarusiya isə bir mənalı şəkildə Rusiya yönümlü siyasət yeridir. Bir qədər geniş izah edim. Azərbaycan hakimiyyəti həm ABŞ-ın və qərbin, həm də Rusiyanın iqtisadi və siyasi maraqlarını tam təmin edir. Azərbaycan ABŞ-ın və qərbin böyük kapitalını neft-qaz sənayesinə sərmayə qoyulmasına şərait yaradıb. Bununla yanaşı Avropanın enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə strateji boru kəmərlərini çəklişini təmin edib. Eyni zamanda Azərbaycan Rusiyanın da bu və ya digər formada iqtisadi və siyasi maraqları ödəməkdədir. ABŞ və qərb qoyulan sərmayənin təhlükəsizliyi üçün Azərbaycanda sabitliyin olmasında maraqlıdır. Düzdür, bəzən xırda-para siyasi bəyanatlar səsləndirilsə də, bu görüntü üçündür. ABŞ və qərb həmişə iqtisadi maraqıarını demokratiyadan üstün tutublar. Nə ABŞ nə də Qərb dövlətləri Azərbaycana qoyduğu kapital qədər Belarusiyada sərmayəsi yoxdur, yəni orada iqtisadi maraqları təmin olunmayıb. Siyasi baxımdan Azərbaycan bloklara qoşulmama hərakatının üzvüdür, həm ABŞ-la həm də Rusiya ilə iki tərəfli əməkdaşlıq edir. Qeyd etmək yerinə düşərdi ki, Belarusiya sosial yönümlü dövlətdir, hətta SSRİ dönəmindən qalmış kolxozlar, zavod və fabiriklər, müəssisələr fəaliyyətdədir, məmurları bizdəki kimi korrupsiyaya qurşanmayıblar. Belarusiya bir mənalı olaraq həm siyasi, həm də iqtisadi baxımdan Rusiya yönümlüdür, yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, Avraziya İqtisadi Birliyinin təsisçilərindəndir.
 
-Belarus və rus xalqlarını qarşı qarşıya qoymaq istəyirlər. Nədən birdən birə Belarusiyada belə vəzyiyət yarandı, artıq xalq iki yerə bölünüb?
 
- Mən Belarusiyada gedən prosesləri izliyirəm: baxın, bir tərəfrdə qırmızı rəngli bayraq qaldıran xalq, digər tərəfdə isə ağ rəngli bayraq qaldıran xalq toplaşıb.
 
Hər iki tərəfdə eyni xalqın nümayəndələridir. Bir ailənin yarısı bir tərəfdə, digəri yarısı o biri tərəfdə qrşı-qrşıya durur. Artıq orada vətəndaş qarşıdurması yaradılıb, bir sözlə, Belarusiya vətəndaş müharibəsinin astanasındadır.
 
Başda ABŞ olmaqla Avropa İttifaqı Rusiyanı özlərinə düşmən hesab edir. Bu məqsədlə kim ki, Rusiya ilə müttəfiqdir həmin ölkələrdə rəngli inqlablar edilərək vətəndaş müharibəsini alovlandırır, həmin xalq Rusiyaya düşmən edilir. Baxın, Rusiya, Ukrayna və Belarusyada slaviyan mənşəli xalqlardır, artıq Ukraynada vətəndaş müharibəsi etdilər, indi hədəf belaruslardır. ABŞ Rusiyanı, parçalamaq üçün slavyan xalqları bir birinə düşmən edir, bununla da slavyan birliyini parçalayır. Qərbin marağı Belarusiyada demokratiyanı bərqarar etmək deyil, belarus xalqından alət kimi istifadə edərək Rusiya ilə düşmən etməkdir. Baxın bugünlərdə Aİ rəsmiləri bəyan etdilər ki, müxalifətə 53 miyon avro yardım ediləcək. Bu yardım nəyə hesablanıb? Hesab edirəm ki, məqsəd vətəndaş qarşudurmasını davam etdirməkdir. Normal halda belə gərginlik olan yerlərdə qarşıdurmanı aradan qaldırmaq üçün siyasi danışıqlar təşkil etmək, barışdırıcı mövqe tutmaq əvəzinə, qərb gərginliyi körükləmək, maliyyə və digər yardımlar etməklə qarşıdurmanı vətəndaş müharibəsinə çevrimək istəyir. Bu prosesdə Rusiyanın geriyə çəkilmək şansı yoxdur, əkst təqdirdə növbəti hədəf Rusiyanın özü olacaqdır.