Prezident İlham Əliyev gələn il üçün ehtiyac meyarının həddini təsdiqlədi

Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.

Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.