Rəngi avazıyıb, "payız ömrümün" - Xalida Nurayın lirikasından

Sənət, insanın könül dünyasının işığıdır.
Sənət, insan fitrətindən yaranan mənəvi gücünün göstəricisidir.
Sənət, insanın Həyat sevgisinin sədasınıın ifadəsidir.
Könül dünyasının həyat gerçəkliyini, insan öz sənəti ilə açığa çıxardır.
İnsanın könül fitrətinin gücü ,məhz sənətin görsəlliyinin tətbiqi ilə meydana gəlir.
İnsanın Həyat ideallarının doğuşu, sənətin sehirli qüvvəsi ilə yaradılır .
Çağdaş poeziyamızın gur işığında öz mənəvi duyarlılığı ilə, Söz sənətinin Zaman anlayışı ilə yazıb-ysradan şairlərdən Xalida Nuray xanımdır.
Xalidə xanımın Söz sənəti ilə üzə çıxan əxlaqi-mənəvi əsərlərinin həyat semantikası, olduqca mükəmməl həyat dəyərlərinə uyğun həyat obrazını canlandırır.

"Yalanlar" - "başyeyən" Bayquşa dönüb,
Doğrunu danışan, "dilindən" yeyir.
Əyninə, "qaradan", don geyindirib,
Başına,"börk" qoyub, "böhtanlar" deyir.
"Ümidsiz" insana yıxılan dünya,
"Boğulan vicdana", boş məzar olub.
"Adəm övladı" nı aldadıb çoxdan,-
"Ş e y t a n l a r" dünyanı Tanrıdan alıb!
/Şeytanlar.Tanrıdan alıb/


Zamanın dərdlərini unutmamaq, insanın Həyat sevgisinin atributu kimi, daima insanın mənəvi aləminin saflığını ortaya qoyur.
Həyat səmimiyyətini, olduğu kimi əks etdirən sənət əsərlərində həyatın çal-çarpazlı dünyasının ağrı-acısı ifadə olunur həmişə.
İnsanın, Zamanın həyat tablosundakı ekzotikanı canlandıran əsərlərlə əlaqəli, ictimai mahiyyətini idrak etməsi, sənət əsərlərinin ideyalılığını üzə çıxartmasına bağlıdır
Hər bir Qəlbin öz ruh dünyası var.
Xalidə xanımın Söz sənəti, insanlığın kamilliyinin həyat düsturu kimi olduqca duyğusal hisslərlə yoğrulmuşdur.
Həyat və Zamanın dərdlərini unutmamaq, hər bir insanın ömrünün Zaman işığında şüuraltı imajını ortaya qoyur…

Zülmü ərşə qalxıb, açılmır sabah,
Özünə sığışmır, yırğanır Dünya!
Hamilə t a m a h d a n, doğulur g ü n a h ,
Ş e y t a n ı n əliylə, çalxanır Dünya!
C a h i l, qara günün q ə h r i n i çəkir,
Gecənin gözündən d a n, ilmə çəkir.
Ö z g ə ni çökdürən, özündən çəkir,
"N ə n n i" tək ölümə Y e l l ə n i r Dünya !
/İblis ələyində, ələnir Dünya/


İnsanlıq, həyatın hikməti ilə yaranan düşüncə məktəbidir.
İnsanlıq, bəşərin ümumi həyat dəyərlərinin mənəvi aləminin aydınlığı ilə müəyyənləşən dəyərlərin izharıdır.
İnsanlıq, elmin inkişafı ilə yaranan düşüncə tərzinin ədəbi müstəvisidir.
Düşüncə məktəbi kimi, İnsanlıq aydınların, müdriklərin həyati baxışının ülvi duyğularının rəngli həyat çalarlarını üzə çıxardır.
Zamanı həyat dəyərlərinin qorunması, insanın mənəvi borcu kimi, daima insanın ruh aləminin saflığını sərgiləyir.
Ədəbi müstəvidə insanlığın bəşəri dəyəri, həmişə həyatın bütün çalarlarının ictima fikirdə öncüllüyünün sırasındadır.
Xalidə Nurayın lirikası ictimai düşüncənin həyat ruhunu formalaşdırır daima.

Quduzlaşıb i n s a n, keflə b a ş kəsir,
Qan içməyə torpaq kölə, Y e r əsir .
Can ağzında, h ə y a t, sona tələsir,
S i r r - k a b u s d a n, bizi qoru, İ l a h i!
Y a d l a ş ı b d ı , doğmaların y a d d a şı,
Atılsa da , ağ r ı verməz, "Y a d" daşı.
" Y a d" ə l i y l ə, qardaş vurur qardaşı,
Hər y a n l ı ş d a n , bizi qoru , İ l a h i!
/Bu kabusdan bizi qoru İlahi/


Şəhid obrazı, hər bir əsərin ruh obrazıdır.
Şəhid obrazı, hər bir Qəlbin nisgilli həyat obrazıdır.
Şəhid obrazı, hər bir insanın şüuraltı Vətən obrazıdır.
Ruh obrazı kimi, Şəhid obrazı qəhrəmanlığın, cəsarətin həyat obrazıdır.
Qəlbin nisgilli həyat obrazı kimi Şəhid obrazı insanlığın "qan yaddaşı"nın zirvəsidir
Hər bir İnsanın Vətən sevgisinin atributu kimi, Şəhid obrazının şüuraltı interaktivliyi, gələcək həyat yolunun əzabkeşliiyinə soyunmaqdır.
Xalidə Nurayın poeziyasında , Vətən torpağının düşmən əsarətindən azad olunmasında, canlarını qurban verən Vətən oğullarının Şəhid obrazı öz lakonik həyat çırpınışlarının davamlılığı kimi olduqca duyğusal hisslərlə cilalanmışdır.

Sən, bir Ölməz h ə q i q ə t,
M ü q ə d d ə s l i k , rəmzisən !
D a ğ vüqarlı Ş ə h İ d i m ,
Vətənimin ö z ü s ə n !
Silinməz t a r i x yazdın,
S ı n m a z cəsarətinlə!
Y a ğ ı y a məzar qazdın ,
Öc aldın q e y r ə t i n l ə !
/Şəhidim /


Müasirlik, həyat insanın mənəvi aləminin aydınlığı ilə müəyyənləşir .
Həyatilik, insanın xəyallar dünyasının gerçəkliyi ilə meydana gəlir.
Mənəvilik, insanın könül dünyasının həyat səmimiyyəti ilə yaranır.
Xalidə Nurayın lirikası çağdaş poeziyamızın gözəl nümunələrini təqdim edir oxucuya.
Həyati hisslərin moralizmi, Xalidə Nuray xanımın şeirlərinin həyat movzusu kimi olduqca mükəmməl duyğularla süslənir.
Şairənin lirikasının həyati səmimiyyətinin ülviliyi olduqca inandırıcıdır.

Ay yazıq
Həyatını
qurban verdin “kresloya”,
Şan-şöhrətə,
mala-pula!
Haradadır?
Baş üstə, deyib,
Dərdini içib,
Can deyə-deyə!
Canını yeyənlərin?
"Qara donlu" günahınla!
Atılmışdır "kreslodan"!
/Ölülərdən birisən/


Həyat sevgisinin axtarışı, daima insanın əxlaqi mənəvi düşüncəsinin psixolojisinə bağlıdır.
Həyati yaşamın formalaşan ictimai dəyərləri, daima insanın mənəvi aləminin saflığını sərgiləyir.
Gözəl həyat səmimiyyətini ortaya çıxaran könül dünyasının işığıdır .
Xalidə Nurayın poeziyasında insanın mənəvi dünyasının həyat sevgisinin hıyat yolunun əzabkeşiyi var.
Şairənin lirikasının həyat semantikası, olduqca duyğusal hisslərlə əhatə olunur.

Rəngi avazıyıb, "payız ö m r ü m ü n",
Əsir əl-ayağı, tuş gəlib Qısa!
Ə s a y a sığınıb, itən g ü m a n ı,
Kim bilir, q i s m ə t i yetə yoxuşu?!
Düşüb kəhərindən, iti yerişi,
Sürünən səbrini, gəzir yorğalıq!
Solubdu üzündə qəmzə gülüşü,
Təpərsiz dizndə əsir Q o c a l ı q!


Söz ilə həyat ruhunu ifadə etmək, olduqca süslü şəkildə, mənəvi-ruhi həyat ahənginin harmoniyasını yaradır.
Gözəl ruhun təcəllasından yaranan könül lirikası, öz mənəvi duyarlılığı ilə seçilir daima.
Şerin həyat ruhunu, Zamanın həyat tablosundakı ekzotikası ilə birləşməsi insanın həyat obrazını duyğusallığı ilə əks etdirir.
Xalidə Nurayın poeziyasında Zamanın həyat izlərini oxucu tam anlamıyla idrak edir.
Şairənin lirikasının həyat polemikası, özünəməxsus duyğusal hisslərlə həyati realizə edir.

Ümidlərimi ,
gözü yaşlı qoyub,
günahlarınla üzləşmədən,
xəyallarımı ,
yıxıb getdin ,
Yanağından şeh süzülən,
Talehimə acımadın !
B ə x t i m i n qapısını,
çırpıb getdin !
Ö m ü r k i t a b ı m ı n
dağ çəkilmiş sinəsində ,
xatirələrin üşüyür!
/Xatirələrin üşüyür /


Fikir dünyasının fəziləti, hər bir əsərin ruh obrazı kimi özünü təsdiq edir.
Hissi və idraki duyğuların işığı,daima insanın mənəvi dünyasının gerçəkliyini üzə çıxardır.
Həyat səmimiyyəti ilə seçilən könül lirikası, ictimai düşüncənin həyati-psixoloji obrazı kimi meydana gəlir..
Xalidə Nurayın poeziyasında insanın mənəvi varlığının həyati baxışında , öz mənəvi dəyərini tapır.
Şairin lirikasının həyəcan yaradan tərəfi, həyat səmimiyyəti ilə ,həyatın hikmətinin aşkarlanmasıdır .

Nağıllarda olduğu kimi ,
a b z a s l a başlayır ,
Önü  boş qalmış
həyat hekayəsi !
İnsanın İ s t ə y İ n i deyil, -
Tanrının , n ə s i b etdiyini
Yaşayır b ə n d ə s i !
/Abzas,- Önü Boş qalmış həyat hekayəsi /


Zamanın həyat idealarına vətəndaş mövqeyi, hər bir şairin yaradıcılığının ideya istiqamətini təşkil edir.
Mənəvi həyat dünyasının ən ülvi duyğuları, insanın öz yurduna olan sevgisidir .
İnsanın fitrətindən yaranan könül seçimi, həyatın çal-çarpazlı dünyasının həyat bəsirətini tam aydınlığı ilə ifadə edir
Xalidə Nurayın poeziyasında Vətən, Yurd sevgisinin həyati simvolizmi oxucunu düşündürür.
Poetik al-əlvanlıq, Vətən , Yurd həsrətini daha da canlandırır.

Darıxmışam ,-
Uşaqlıq illərinin
şirin xatirəsinə!
Kəndimizin gecəsinə,
hay-haraylı səhərinə!
Sübh çağı oyanıb,
Xoruzun ban səsinə,
Pəncərədən,
"yarıyuxulu", boylanıb, -
Qoyun-quzu mələşməsinə !
Təbiətin,
Ecazkar nəğməsini duymağa,
çox darıxmışam !
/Ana Yurdum/


Şerimizin zəngin ənənələrinə yaradıcı münasibəti ilə fərqlənir Xalidə Nuray ın lirikası!
Ülvi həyat obrazına çevrilir İnsanın könül dünyasının həyat sevgisi.
Gözəllik lirikası kimi möhtəşəmdir Xalidə Nurayın lirikası.
Şairənin hər bir şerinin estetiklillə yazılması, oxucu qəlbinin hərarətli duyğuları ilə idealizə edilir.
Xalidə Nurayın poeziyasında insanın mənəvi dünyasının həyat birikimi öz mənəvi dəyəri ilə zinətlənir.
Uğurlar arzulayıram, şairə xanıma.

Nəsib Abid, filoloq
2 yanvar 2024 -cü il