Türkiyə tarixinin ƏN MÖHTƏŞƏM paradı - VİDEO

Cümhuriyyətin 100-cü ildönümü münasibətilə Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) ölkə tarixinin ən böyük paradını keçirib.

“Yüzüncü ildə yüz gəmi” şüarı altında keçirilən paradı Türkiyə Respublikasının HDQ komandanı, donanma admiralı Ercüment Tatlıoğlu ölkənin ən böyük “TCG Anadolu” amfibiya gəmisindən idarə edib.

Parad əsnasında Türkiyənin Hərbi Hava Qüvvələrinə aid təyyarələr İstanbul boğazı üzərində uçuşlar həyata keçirib.

Nümayişdə “Solo Türk” və “Türk ulduzları” qrupuna daxil olan aviasiya vasitələri, eləcə də “F-16” və “F-4E” qırıcıları daxil olmaqla, 20 təyyarə iştirak edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, dövlət və hökumət rəsmiləri nümayişləri izləyiblər. (AZƏRTAC)