Turistlər qəzaya düşdü- bələdçi və sürücü öldü

Türkiyənin Alaniya bölgəsində qazaxıstanlı turistlərin olduğu mikroavtobus yük maşınına çırpılıb. Sürücü və bələdçi həlak olub, 12 nəfər yaralanıb.
İlkxeber.org Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, D-400 magistralının Okurcalar kəndi yaxınlığından keçən hissəsində işıqforda yük maşını ilə turist mikroavtobusu toqquşub.
Qəza nəticəsində mikroavtobusun sürücüsü və bələdçi yerindəcə keçinib. 6-sı ağır olmaqla 12 nəfər yaralanıb. Onların hamısı Alanya və Manavqat rayonlarındakı xəstəxanalara aparılıb.
Qəza yerində polis əməkdaşları, jandarma və təcili yardım briqadaları çalışıb.
Verilən xəbərə görə, avtobusun toqquşduğu yük maşınının sürücüsü jandarma tərəfindən dindirilir.
Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti qazaxıstanlı turistlərlə qəza törətməsi ilə bağlı məlumatı təsdiqləyib. Baş konsul hadisə yerinə gedib.