Moskvaya dron hücumu- 1 yaralı

 Ukrayna Moskvaya dron hücumu edib.

İlkxeber.org xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu gün səhər saatlarında Ukraynanın pilotsuz təyyarələrdən Moskvaya  3 dəfə hücum etdiyini açıqlayıb. Moskva meri Sergey Sobyanin bildirib ki, dronlardan ikisi Moskvada yaşayış binasına düşüb. Dron hücumları nəticəsində bəzi binalar dağıntılara məruz qalıb,  bir nəfər də yaralanıb. Rusiya Müdafiə Nazirliyi həmin əraziləri nəzarətə götürüb.