Beynəlxalq Qalereyada Mətbuat Gününə həsr olunmuş tədbir keçirildi

Beynəlxalq Qalereyada 22 İyul Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. Ilkxeber.org-un məlumatına görə, Aygün Əzizovanın təşkilatçısı və layihə rəhbəri olduğu tədbirdə media nümayəndələri, eləcə də rəssamlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qonaqları salamlayaraq 22 iyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib. Sonra Qalereya direktoru “Əkinçi” qəzetinin nəşr olunmasından ötən 148 il ərzində Azərbaycan mətbuatının inkişafından bəhs etdib və mətbuatımızın uğurlarından danışıb.
Tədbirdə bir qrup media nümayəndələri və rəssamlar il boyu göstərdikləri vətənpərvər fəaliyyətinə görə  plaket və diplomlarla təltif edilib. Sonda iştirakçılarla birlikdə xatirə fotoları çəkilib.

Səid