MƏKTƏB SALAMAT QAL - Bir pedaqoqun manifesti

Nəsib Abid,
müəllim-filoloq

Ömür bir karvan yoludur.
Ömür bir su yoludur.
Ömür bir işıq yoludur.
Karvan yolu kimi ömrün duracaqları var.
Su yolu kimi Ömür yolu durmaq bilmədən axır. İşıq yolu kimi Ömür yolu şam kimi yanıb tükənir...
43 illik Ömür Yolum İlk zənglə başlayıb Son zənglə tamamlandı.
...Həm sevimli şagirdlərimdən, həm sevimli kolkektivinmdən, həm də məsuliyyətli Müəllimlik məsləyimdən ayrıldım bu gün.
15 avqust 1980-ci ildə başladığım məslək həyatımın, Ömür yolumun ilk duracağı geridə qaldı, xatirələri ilə...
…Son duracağı...14 iyun 2023-cü il, acılı-şirinli bir Ömür yolunun fiziki və mənəvi yekunu oldu…
Təqaüdə çıxmağıma çox sevinirəm. Xətasız-bəlasız Ömür yolumun 43 ili mənim üçün bir igid ömrü oldu.
Qayğılar içində yaşadım.
Sevincimlə qucaqlaşıb... kədərimi içimdə gizlədim…
Gələcəyə ümidlə baxdım.
Yaradanıma şükürlər etdim.
Övladlarımı təhsillə mükafatlandırdım.
Şagirdlərimi də övladlarım kimi sevdim.
Salamat qalın, mənim doğma məktəbim!
Salamat qalın, mənim doğma şagirdlərim!
Salamat qalın, mənim doğma kollektivim!