“Brent” neftinin qiyməti 76 dollara çatıb


Mümkün tənəzzüllə bağlı narahatlıqların azalması fonunda dünya bazarında neft qiymətləri artıb.

Ikxeber.org  “İnterfaks”a istinadən xəbər verir ki, “Brent” markalı neftin iyul füçersləri 0,53 % bahalaşaraq 75,7 ABŞ dollarına satılıb. WTI neftinin iyun füçerslərinin qiyməti isə 0,6 % artaraq 1 bareli 71,77 ABŞ dolları təşkil edib.

ABŞ-ın əmək bazarı ilə bağlı dərc edilən məlumatlar neft qiymətlərinə müsbət təsir göstərib. Məlumatlar göstərir ki, Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasəti əhəmiyyətli dərəcədə sərtləşdirməsinə baxmayaraq, bazar güclü olaraq qalmaqdadır.