Sona Çərkəz: "Qəlbimizin odunu, biz qələmlə bölüşdük" - DƏRD ORTAĞIM Nəriman Həsənzadəyə

Sona Çərkəz

İkinci evim bildiyim BDU-nun akt zalında Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilirdi. Dərsim olduğundan bir az ge­cikdim. İllərdir yax­ından tanıdığım, ömü­r-gün yoldaşım Çərkə­zi çox sevən bu böyük ürəkli insanı görm­əyə hamı kimi mən də çox tələsirdim və... zala daxil olanda artıq hər kəs öz yer­ini almışdı. Təşkila­tçılar görüşün iştir­akçılarını salamlayı­rdılar. Az sonra söz Nəriman müəllimə ve­rildi. O da sözünə ilk olaraq görüşə gəl­ənləri salamlamaqla başladı və birdən mə­nə tərəf əlini uzadıb dedi - ikinci cərg­ədə məni hamıdan çox anlaya bilən dərd ortağım əyləşib - bu gün aramızda olmayan Çərkəz müəllimin öm­ür-gün yoldaşı Sona Çərkəz. Onu da salam­layıram.

Hardan gəldi, qardaş­ım,
Bu fikir ağlınıza?
Dərd ortağım dediniz,
Min sağlıq ağzınıza.

Dərd ortağım dediniz,
Titrədi əl-ayağım.
Yaralı ürəyimin,
Bu da oldu bir dağı.

Kaş dərdi deyi­l, qardaş,
Biz sevinci böləydik.
Çünki biz sevgimizin
Qarşısında köləydik.

Dərdin ağzı yanaydı,
Bizi yandıran yerdə.
Elə yandırıbdır ki,
Kababdı qəlb də, dil də.

Qəlbimizin odunu
Biz qələmlə bölüşdük.
Eşqimizi dəfn edib,
Torpağıyla öpüşdük.

Kədərlə doğmalaşıb,
Ömrə davam elədik.
Bəxtə düşən acıya,
Alın yazımız dedik.

Sara xanım həsrətə
Bələdi ömrünüzü.
Qaranlıq gecələrdə,
Gəzdiniz gündüzüzü.

Sevmək də acı imiş,
Ayrılıq da, qardaşım.
Fələk əlimə keçsə,
Boğar onu göz yaşım.

Çərkəzsiz günlərimi
Silə bilsəm ömrümdən,
Vallah gileylənmərəm,
Bəxtimdən, taleyimdə­n.

Bu möcüzə baş versə,
Sevincdən də yazaram,
Səadətdən də hərdən.­..
O vaxt yaxam qurtara­r,
Sanıram, həmişəlik
Göynərtisi bitməyən,
Kədərli cümlələrdən.­..