Finlandiyanın NATO mesajında ​​diqqət çəkən Quzey Kıbrıs DETALI - FOTO

Finlandiyanın NATO-ya üzvlüyünə bir həftə qalmış rəsmi "Tvitter" hesabında paylaşdığı xəritədə Quzey Kıbrıs Türk Cümhuriyyətini (KKTC) göstərən və Kipr adasını ikiyə bölən sərhəd yer alıb. Sözügedən yazı NATO tərəfindən də retvit edilib. 

Avropa.info bildirir ki, Türkiyənin dünən ratifikasiya sənədini ABŞ-a təqdim etməsindən sonra Finlandiya NATO-ya 31-ci üzv kimi daxil olub. 

Finlandiyanın üzvlüyündən sonra NATO ölkələrinin liderləri bir-birinin ardınca məmnunluq mesajları dərc ediblər. 

Helsinki administrasiyası "Tvitter" hesabında bütün NATO ölkələrinə təşəkkür mesajı da paylaşıb. 

Sözügedən mesajda Finlandiya NATO üzvü ölkələrlə Avropa xəritəsini paylaşıb. 

Şəkildə üzv ölkələr yaşıl rəngdədir. Finlandiya rəsmiləri isə xəritənin üzərinə “Finlandiyanın NATO üzvlüyünü təsdiq edən 30 müttəfiqin hamısına səmimi təşəkkürlər” qeydini atıblar. 

Xəritədəki kiçik bir detal günlər sonra diqqət çəkib. Sözügedən xəritədə Finlandiya paylaşdığı xəritədə KKTC-ni göstərən sərhəd çəkərək adanı ikiyə bölüb. 

Digər tərəfdən, NATO-nun rəsmi "Tvitter" hesabında Finlandiyanın KKTC-nin də daxil olduğu yazısı retvit edilib.