Zirəddin Rzayevdən sensasion proqnoz: “Dünyanı Nuh tufanına bənzər fəlakət gözləyir...”

Rusiyada yaşayan həmyerlimiz, kliniki psixoloq, məşhur ekstrasens Zirəddin Rzayevin mətbuata verdiyi müsahibə və açıqlamaları hər dəfə ciddi müzakirələrə, söz-söhbətlərə rəvac verir. Bugünlərdə Moskvada olan İlkxeber.org-un əməkdaşı Zirəddin Rzayevlə görüşərək verdiyi proqnozlardakı maraqlı məqamları nəzərə alaraq saytımız üçün daha ətraflı danışmasını ondan xahiş edib. Beləliklə, Zirəddin Rzayevin “İlkxəbər”ə verdiyi olduqca maraqlı müsahibəsini oxuculara təqdim edirik. 

- Müsahibəyə başlamazdan öncə, Sizi Rusiya Federasiyasının Dövlət  Dumasının deputatı Anatoliy Voronovskinin köməkçisi təyin olunmağınız münasibətilə təbrik edirik...

- Çox sağ olun. Qeyd edim ki, Anatoliy Voronovski əslən bakılıdır, Rusiya Dövlət Dumasına Vahid Rusiya Partiyasından deputat seçilib. Tanınmış siyasətçidir,  2017-2021-ci illərdə Krasnodar diyarının qubernatorunun müavini vəzifəsində işləyib.  

Mən də artıq bir neçə il idi ki, Rusiya Federasiyası Ictimai Palatasının komissiya üzvü olaraq İctimai fəaliyyətimi bu qurumda davam etdirirdim. Ancaq bununla kifayətlənməyərək həm də ictimai, siyasi və dövlət quruculuğu işləri üzrə sosial status almaq istədim. Yeri gəlmişkən, bu yaxınlarda Rusiya Federasiyasının Dövlət Duması tərəfindən ictimai xadim, tanınmış psixoloq kimi cəmiyyətdə ictimai fəaliyyətimə görə təşəkkürnamə almışam. Yeni fəaliyyətimdə də çalışacam ki, həmişə olduğu kimi Azərbaycanı, xalqımızı layiqincə təmsil edim.

- Əvvəlki iş yerinizdə hansı yeniliklər var?

- İşləyirəm, hər şey qaydasındadır, normaldır. Xəstəxanada çalışıram, yenə də insanları qəbul edirəm... Yeri gəlmişkən, özümlə bağlı bir məlumatı sizin diqqətinizə çatdırım: bu il həm də Rusiya Dövlət Xalqlar Dostluğu Universitetnin magistraturasını bitirdim.

- Bu artıq neçənci ali təhsilinizdir?

- Mən əvvəlcə Bakıda Müəllimlər İnstitunun İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə bitirmişəm. Sadə dildə desək, ibtidai sinif müəllimi ixtisasını. Sonra Müəllimlər İnstitunun Psixologiya fakültəsində təsil aldım. Mən həmişə qürurla deyirəm ki, bu ali təhsil müəssisəsində Azərbaycanın, həm də Sovetlər Birliyinin ən böyük alimlərindən olan Ramiz Məmmədzadə kimi məşhur professordan, alimdən pedaqoq-konfiliktoloqdan təhsil almışam. Ramiz müəllim kimi bir alimdən dərs aldığım üçün daim qürur duyuram. Çox təəssüf ki, dəyərli insanlarımızı itirəndən sonra qiymətini bilirik. O cür böyük şəxsiyyətlə şəkil çəkdirmədiyimə, ondan avtoqraf almadığıma görə çox peşimanam.

- Növbəti planlarınız nədir?

- Hazırda Rusiya dövlət universitetlərindən birinə psixologiya müəllimi kimi iş dəvəti almışam. Hələ ki, gedib getməməklə bağlı qəti qərar verməmişəm. Getsəm də yalnız yarım ştat kimi çalışacam, çünki vaxtım yoxdur. Amma dərs demək, mühazirə oxumaq, eyni zamanda elmi işimi də davam etdirmək istəyirəm.

- Elmi işiniz də yəqin ki, psixologiya üzrə olar...

- Təbii. Amma mən, ümumiyyətlə etnopsixologiyanı çox sevirəm. Müdafiə eləsəm o sahə üzrə edəcəm, çünki mənə çox doğma sahədir.

- Etnopsixologiya yeni sahədir?

- Xeyr, ola bilsin, XX, XXI əsrin terminidir, amma etnopsixologiya etnik qrupların psixologiyasını, adət-ənənələrini, folklorunu, inancları, yaşam tərzini və s. öyrənir. Məsələn, Azərbaycanda bilirik ki, gözmuncuğu nəzərdən qorunmaq üçündür. Dağdağan ağacını uşağa bağlayırlar. Atın nalını qapıya vururlar və yaxud da tikanlar asırlar, üzərik yandırırlar. Bu bizim xalqın sırf etnik adət-ənənəsidir. Ancaq burada söhbət təkcə inanclardan deyil, folklordan, yaşam tərzindən, adət-ənənələrdən gedir. Məsələn, mən dağdağan ağacının müqəddəsliynə, üzərliyin şəfasına, bədnəzərdən qorumasına inanıram. Müasir elmdə buna aromaterapiya deyirlər, yəni ətirlərlə müalicə.

- Bu sahədə bizə məlum olmayan hansı maraqlı tədqiqatınız oldu?

- Əslinə qalsa, bu sahəni geniş tədqiq edəcəyimlə bağlı qəti qərar verməmişəm. Ancaq Azərbaycanla bağlı mənə maraqlı gələn xeyli adət-ənənələrimiz var. Məsələn, bizdə çilətutma deyirlər, yəni uşaqları çilə tutubdur deyə çləsini kəsirlər. Uşaq doğulanda 40 gün onun olduğu otağa adam buraxmırlar, uşağın özünü qapıdan çölə çıxarırlar ki, guya ağırlıq gəlməsin. Bu istiqamətdə müəyyən araşdırmalarım olsa da, hələlik açıqlamaq istəmirəm.

Digər bir məsələ. Bizim xalqımızın və bizə yaxın xalqların Novruz bayramını, su, od, yel, torpaq çərşənbəsini qeyd etməsini astrologiyada yeni ilin qədəm qoyması ilə əlaqələndirilər. Mən həmişə digər xalqların da dövlətin nümayəndələrinə, insanlarına əsil yeni ilin Novruz bayramında gəldiyini deyirəm, bu astrologiyada da belədir. Qədim Azərbaycanlılar atşpərəstlik zamanı yeni ili yazda qeyd edirdilər. Həmçinin qədim slavyanlarda yeni ili yazda qeyd edirdilər. Bunları deməkdə məqsədim budur ki, bütün bunlar mənə çox yaxın sahələridir, təbii ki, araşdırmaq istərdim.

- Bir ara daş-qaş işinə girişmişdiniz. Zərgərlik mağazası açmaq istəyirdiniz...

- Xeyr, bu təşəbbüsüm yarımçıq qaldı. Amma kolleksiya toplamaqla məşğulam. Kolleksiyam da ən çox yarım qiymətli daşlar üstünlük təşkil edir.

- Dünyamız hazırda çox narahatdır. Elə bir nöqtə yoxdur ki, orada əmin-amanlıq, sülh, barış olsun. Perspektivi necə görürsünüz?

- Çox pis görürəm. Ümumiyyətlə, insanlar düzəlməsə dünya düzəlməyəcək. Dünyamız gözəl dünyadır, Allah hər şeyi gözəl yaradıbdır. Amma çox təəssüf ki, insanlar məhv edirlər. İnsanlar bir-biri ilə vəhdət əldə eləməsələr, təbiəti qorumasalar, Allahın yaratdığına hörmətlə yanaşmasalar, onları həm Allah, həm də təbiət cəzalandıracaq. Qarşıda böyük su fəlakəti gözləyir bəşəriyyəti. Su qıtlığı ilə yanaşı daşqınlar olacaq, hətta dünya Nuh tufanına bənzər fəlakət yaşayacaq. Bu son on illikdə baş verəcək. Həmçinin 2025-ci ilə qədər də güclü su daşqınları olacaq, insanları qorxudacaq.

- Belə təhlükə Azərbaycan üçün də var?

- Hər yerdə olacaq, Azərbaycan üçün də var.

- Türkiyədə baş vermiş son zəlzələ ilə bağlı nə deyə bilərisiniz? Müxtəlif ehtimallar, şaiyələr səsləndi, guya tektonik silahdan istifadə olunub. Sizcə, bu zəlzələ süni, yoxsa təbiət hadisəsi idi?

- Bu barədə mən də oxumuşam. Bəziləri iddia edirlər ki, guya tektonik silahla yaradılmış fəlakət idi. Amma əslinə qalsa, mən bu barədə 7 yanvar 2022-ci ildə moskvabaku.ru saytına demişdim ki, İsraildə, İraqda, Suriyada, Türkiyədə və İranda zəlzələlər olacaq. Yəni bu təbii fəlakət idi, əvvəlcədən yazılmış alın yazısı idi və yaşanılmalı idi. Mən bu fikirləri dostumuz Səbuhi Rəhimlinin Yootube kanalında da səsləndirmişdim.

- Bir neçə il öncə müsahibələrinizin birində robot insanlar barədə danışmışdınız...

- Mən əslində robot insanlardan deyil, insanların çipləşməsindən danışmışdım. Demişdim ki, insanlar çipləşəcklər və onlar yarım bioloji varlıq olacaqlar, yarı robot, yarı insan. Baxın, bu gün bizim yaşam tərzimiz, vəziyyətimiz necədir? İnsanların əlindən bir gün telefonunu alsan, sanki həyat onun üçün dayanır. Buradan görünür ki, biz artıq yarı bioloji, yarı robotlaşmış varlıqlarıq, hər şeyimiz telefona bağlıdır: bank kartları, ünsiyyət, şəkil və videolar çəkmək, sosial şəbəkələr və s. Bunlar  robotlaşmaq demək deyilmi? Təəssüf ki, gələcəkdə insanlığı qorxulu hadisələr gözləyir, əlimizdə gəzdirdiyimiz telefon beynimizdə, onurğamızda dəri altında yerləşdirilcək və yarım bioloji, yarım robot varlıqlar olacağıq. 

- Covid-19 virusunun tüğyan elədiyi ərəfədə də sizin dediyiniz insanların çipləşdirilməsi barədə şaiyələr yayılmışdı. Guya, bu virus da süni yaradılmışdı...

- Bəli. Mən hələ 2017-ci ildə beynəlxalq “Kosmopolit” yurnalına söyləmişdim ki, payızda qorxulu virus yaılacaq, insanlar maskalarda gəzəcəklər. Yəni orada payız, maska və virus sözündən istifadə eləmişdim və necə demişdimsə, elə də oldu. Bu sünü yaradılmış virus idi. Məqsəd insan sayını azaltmaq və gələcəkdə insanları çipləşdirmək idi. Sizə də məlumdur ki, bütün qoruqlarda heyanların ayaqlarına çiplər taxırlar, kleyma vururlar ki, o möhürlə idarə eləsinlər, bütün hərəkətlərini izləsinlər. Təbii ki, biz də buna doğru gedirik. Nəinki Qırmızı kitabda olan heyvanları, insanları belə çipləşdirəcəklər.

- Müsahibələrinizin birində yeraltı labarotoriya barəsində də danışmışdınız. Amma onun harda yerlədirildiyini deməmişdiniz?

- Bəli, yadımdadır. Demişdim ki, Qərbdə yerin altında böyük bir “şəhərcik” – hərbi və bioloji baza var. Mən bu dəfə də onun harda yerlədirildiyini deməyəcəyəm. Yadınıza gəlirsə, müsahibədə həmin “şəhərcik” insanların yetişdirildiyini demişdim. Mən bu barədə danışandan sonra bu informasiyanı rəsmi olaraq özləri də yaydılar. Mən sizə linkləri göndərəcəm. Baxın, görün kapsulların içində necə insan yetişdirirlər.

- Rusiya-Ukrayna müharibəsi barədə proqnozunuz necədir?

- Mən həmişə demişəm, yenə də deyirəm: Rusiya qalib gələcək. Biz bugünki vəziyyəti Kosovada,Yuqoslaviyada, İraqda, Əfqanıstanda, Suriyada gördük. Sadəcə, məlum msələdir ki, NATO və Avropa Birliyi, həmçinin Böyük Britaniya həmişə bir ölkəni müharibə meydanı – poliqon seçir və orada savaş gedir. Bu barədə saatlarla danışaram. Həm də çox maraqlıdır ki, ABŞ və Böyük Britaniyanın apardığı bütün müharbələrdə onların əsgərləri iştirak eləmirlər, ölmürlər. Məsələn, istəyirdilər ki, Suriya prezidenti Bəşər Əsədi hakimiyətdən uzaqlaşdırsınlar, aradan götürsünlər. Bu ABŞ-ın da, Böyük Britaniyanın da marağında idi. Eyni zamanda, İraqda yaradılmış terror təşkilati İŞİD də eyni motivə qulluq edirdi. Yəni konkret olaraq onların birlikdə fəaliyyəti Əsədin aradan götürülməsi idi. Analiz edəndə görünür ki, terroristlərlə ABŞ-ın da, Böyük Britaniyanın da maraqları üst-üstə düşür. Bu təsadüfdür, yoxsa yox, insanlar özləri araşdırsınlar. Bu günün özündə belə Ruasiya-Ukrayna konfliktində də ən şox əsgər itirən Ukrayna və Rusiyadır. İndi Ukraynada ABŞ-ın, Almaniyanın və s. ölkələrin hərbçiləri var. Avropanın, Qərbin yürütdüyü siyasət elədir ki, həmişə hər yerdə onların marağı uğrunda döyüşən etnik qruplar vardır. Yəni necə ki, İraqda, Suriyada müsəlmanlar müsəlmanları öldürürdü, indi də Ukraynada slavyanlar slavyanları öldürür. Bunu araşdırıb dərk edən adamlar bilirlər ki, burada söhbət Rusiyadan yox, Qərbin marağından gedir. Əgər söhbət Rusiyadan və Ukraynadan getsəydi və Qərbin Ukraynaya göstərdiyi hərbi yardım olmasaydı, təbii ki Rusiya çox qısa müddətdə istədiyinə nail olardı. Amma məlum məsələdir ki, Rusiya Ukrayna adlı meydanda Qərblə, NATO ilə savaşır. Yəni bunu fərqli dəyərləndirilər, fərqli qiymət verirlər. Ümumilikdə nəzərə alalanda Rusiya demək olar ki, bütün dünya ilə savaşır. Mən reallığı sizə deyirəm. Biz görürük ki, ABŞ da, İngiltərə də, Fransa da, Almaniya da, Polşa da Rusiyanın əleyhinədir. Eyni zamanda bu gün Rusiyanın əleyhinə olanlar Səddam Hüseynin, Qəddafinin və Əsədin də əleyhinə idilər. Bu qədər təsadüf ola bilərmi?

- Azərbaycanla Ermənistan arasında sülh müqailəsinin imzalanması bu yaxınlarda ola bilərmi?

- Sülh sazişinin imzalanması bir qədər uzun çəkəcək, amma bizim xeyrimizə bağlancaq. Sülh sazişinin bağlanması ilə artıq Qarabağın da taleyi əbədi və ədalətli həll olunmuş olur.

Allah prezidentimizi, ordumuzu qorusun ki, biz bu gün Rusiya kimi hegemon dövlətdə alnıaçıq, başuca gəzə bilirik. 44 günlük müharəbədən əvvəl bizə tez-tez deyirdilər ki, “siyasətdir, baş qoşmayın”, indi biz onlara deyirik, “siyasətdir, baş qoşmayın”.

- Bu yaxınlarda Azərbaycan gəlmək fikrniz var?

-  Mən bir müddət Covid 19-la bağlı Azərbaycana gələ bilmədim, amma gəlmək istəyirdim. Məni həm də, o zaman dövlət akademiyalarından birinə mühazirə oxumağa, tələbələrlə görüş keçirməyə dəvət etmişdilər. Təəssüf ki, gələ bilmədim, amma planımda var. Mən Novruz bayramını çox sevirəm, ona görə, mart ayında Bakıya gəlmək istəyirdim, təəssüf ki, alınmadı, Allah qoysa, aprel-may aylarında Bakıda görüşərik.

Səid Əhmədli

.