Türkiyədə dəhşətli zəlzələdə ölənlərin sayı 29 605 nəfərə çatıb

Türkiyə vaxtı ilə saat 15:55-ə olan məlumata görə, Türkiyədə iki güclü zəlzələ qurbanlarının sayı 29 605 nəfərə çatıb. 

Ilkxeber.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması İdarəsinin (AFAD) məlumatında deyilir. 

AFAD-ın məlumatına görə, episentri Pazarcık və Elbistan bölgələrində baş verən iki zəlzələdən sonra Kahramanmaraşda 2412 afterşok qeydə alınıb. 

Türkiyənin 10 vilayətində qurbanların sayı 29 605 nəfərə çatıb, 147 934 nəfər təbii fəlakət zonasından təxliyə edilib.