Türkiyə Prezidenti bu gün zəlzələ bölgəsinə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarından zəlzələ bölgəsini ziyarət etməyə başlayacaq.

Avropa.info xəbər verir ki, Türkiyə lideri bu barədə zəlzələ zamanı dünyasını dəyişən Ədalət və İnkişaf Partiyasından (AK Parti) olan millət vəkili Yakup Taşın ailəsinə başsağlığında bildirib.

"Allah səbr versin. Yakup qardaşımızı şəhidlər kateqoriyasına daxil edər, inşəallah. Təbii ki, xanım da bu şəhidlik şərbətini eyni şəkildə içdi", - deyə Ərdoğan bildirib.

Bölgəyə səfər edəcəyini bildirən Ərdoğan, "Bütün ailəyə və cənazə namazına qatılacaq bütün qardaş və bacılarıma salam və sevgilərimi çatdırıram. Ruhu şad olsun.", - Ərdoğan deyib.

Ən son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.