Mərkəzi Bank manatla bağlı MÜHÜM QƏRAR VERDİ

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərar isə sabah açıqlanacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5 %-ə çatdırılması barədə qərar qəbul edib.

İlkxeber.org AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,75 %, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 % səviyyəsində müəyyən olunub.

“Bu qərar daxili və xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib”, - AMB-nin bəyanatında deyilir.

Sabah saat 10:00-da Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.

Məlumata görə, saat 11:00-da isə qurumun əsas binasında mətbuat konfransı keçiriləcək.