“Etdiyin günahlar, Allaha çatır” - Südabə İrəvanlının lirikasından

Vurğunluq, insanı tam mənası ilə aşiq edir... Bağlılıq, insanı tam mənası ilə asılı edir... Duyarlılıq, insanı tam mənası ilə alışıqlı edir...

Sənətə vurğunluğu həyati mənada yaşamaq, möhtəşəmlik yaradır.

Tam mənada sənətə bağlılıq, insanda ayrıcalıqlar yaradır.

Həyata, onun sevinc və kədərinə alışıqlılıq, insanın fərqliliklərini ortaya çıxarır.

İyirmi birinci əsrin əvvəllərində, poeziyaya gələn çoxlu şairlər özlərinin sənət incilərini yaratdılar.

İyirmi birinci əsrin əvvəlində, poeziya dünyasına çoxlu yolçuluqlar oldu..

İyirmi birinci əsrin əvvəlində, ilhamı ilə sənət dünyasına gözəllik bəxş edən çoxlu sənətkarlar adlarını oxucu qəlblərinə yazdılar.

Südabə İrəvanlı adlı bir gözəl şairə var ki, qəlbinin odu ilə ömrünü sənətdə yandırır.

Südabə İrəvanın adlı bir gözəl şairə var ki, qəlbinin atəşi ilə həyatını Sənətin Söz dünyasına bağışlayıb...

Südabə İrəvanın adlı bir şairə var ki Ruhu Yaradana bağlıdır...

 

İnsan bu dünyanın qonağı olur,

Hər tutulan işin ayağı olur,

Yerin də, Göyün də, qonağı olur,

Etdiyi günahlar Allaha çatır.

Baxıb, bu dünyada, laqeyid olma,

Şeytana aldanıb, nəfsinə uyma,

Könüllər sındırma, günahlar etmə,

Etdiyin günahlar, Allaha çatır.

 

Sənətin də, həyatın da ən müqəddəs yolu eşq yoludur.

Sənətin də, həyatın da, ən böyük həqiqəti eşqə bağlılıqdır.

Sənətin də, həyatın da, ən hökmlü tərəfi eşqin hikmətini ana bilməkdir

Eşq yolu, sənətin sevgisi ilə həyatı gözəlləşdirir.

Eşqə bağlılıq insanı ruhən və cismən saflaşdırır.

Eşqin hikmətini idrak edənlər Yaradana qovuşdurur.

Südabə İrəvanlının lirikası öz təbiəti etibarı ilə Eşqin hikmətini dünyaya bəyan edir:

 

Göz yaşım Odumu söndürə bilmir,

Eşqin atəşinə elə düşmüşəm.

Pünhan Eşqim, aşkar oldu aləmə,

Mən də Züleyxayam, dilə düşmüşəm…

Yolunu gözlədim, hər axşam-səhər,

Məndən ayrılmadı, bu qəm-bu qəhər,

Yediyim-içdiyim, olubdu zəhər,

İndi divanə tək çölə düşmüşəm.

 

Sevgi şerləri yazmaq, insan düşüncəsinin subyektiv tərəflərinin gözəlliyini üzə çıxardır.

Sevgi şerlərini könüllərə axtarmaq, hər bir şairin söz dünyasının gözəlliyini aləmə tanıdır.

Sevgi şerlərini daima duyğu və düşüncənin mərkəzinə daşımaq ustalıq tələb edir.

İnsan psixolojisinin təbii-instiktivliyi Sevgi ilə yaranır.

Könüllərin sevgi alışqanlığı, həyatın izahını asanlaşdırır.

Qəlbin sevgi döyüntülərini özləşmiş diyğularla verə bilmək mənəvi dünyanın zənginliyidir.

Südabə İrəvanlının sevgi poeziyası öz qeyri-adiliyi ilə heyrət yaradır:

 

Onun xatirəsi, soyuq buz kimi,

Onun xatirəsi, üçüdür məni,

Dənə həsrət qalan dəyirman kimi,

Gecəli-gündüzlü, üyüdür məni.

Onun həsrətinin acısı, hələ,

Titrəyən dilimdə, dodağımdadır.

Avılı-şirinli, ötüşən illər,

Könlümün, “viranə” otağındadır…

 

İctimai həyatın ictimai-məfkurəvi sirlərini aça bilmək şairdən ürək istəyir.

İctimai həyatın izahını verən bilmək şairdən təcrübə istəyir

İctimai həyatın hikmətini idrak etdirə bilmək şairdən cəsarət istəyir

İctimai məfkurəvi həyat sirləri insanı həyat sevgisi bəxş edir.

Həyatın məntiqi izahı insanı kamilliyə aparır.

Həyat hikmətini izahı insanı müdrikliyə alışdığı.

Südabə İrəvanlının lirikası öz həyatiliyi və reallığa həyati baxışı ilə olduqca fərqlidir…

 

Vədinə, Sözünə düz olsan əgər,

Bölərdim ömrümü yarı, istəsən.

Vuran ürəyimi, duyan qəlbimi,

Verərdim, mənim tək Yarı, istəsən.

Dolanıb başına, hər səhər-axşam,

Küskün ürəyində, yandırardım şam.

Qoymazdım gəzəsən, halı-pərişan,

Tapardım, yayda da qarı, istəsən.

 

Səmimilik lirikanın ən mühüm sənət etiketidir.

Ahəngdarlıq lirikanın həyat səslənişidir.

Aydınlıq lirikanın sənət manifestidir.

Sənətin həyat etiketi kimi, səmimiliklə yazılmış əsər oxucunun qəlb əsərinə çevrilir.

Ahəngdarlıq sənət əsərinin cazibəsini həyata adaptasiya edir.

Fikir aydınlığı plan əsərlərdə, insan özünü tapır daima.

Südabə İrıvanlının lirikasında təbiilik var.

Şairənin əsərlərindəki təbiilik onun şerlərinin bilavasitə sənət sirri kimi ortadadır..

 

Onun xəyalıyla qoşa dolaşdım,

Birgə keçirdiyimiz yolları yenə.

Elə arzuladım, elə istədim,

O xoşbəxt ayları, illəri yenə...

Dilim lal olubdu, niyə, bilmirəm?

Ona, çox sözümü, deyə, bilmirəm!

Nə olsun, qürurum? Əyə, bilmirəm,

Sızlayır Könlümün, telləri yenə.

 

Vətən Şairəsi olmaq Vətənə aid pz sözünü deyə bilməkdən keçir.

Vətən Şairəsi olmaq xalqın arzu və istəklərini yanmaqdan keçir.

Vətən Şairəsi olmaq insanlığın həyat dastanına bələdçilik etməkdən ibarətdir.

Südabə İrəvanlının lirikası Vətən şerinin tərkib hissəsidir.

Südabə İrəvanlının lirikası Vətənin dar günündə xalqa xidmət edə bilməyin yolunu göstərib oxucuya.

44 günlük İkinci Qarabağ Savaşında Vətən yolunda Şəhid düşən qəhrəmanlara aid yazdığı "Əsgərimə heykəl qoyun" əsəri sanki bur ədəbi abidədir...

 

Vədi bütöv, Sözü qəti,

Poladdandı, dəyanəti.

Himində, El məhəbbəti,

Əsgərimə, Heykəl qoyun!

Bayrağımı Başı üstə,

Əllərini Qaşı üstə,

Yurdumun hər daşı üstə,

Əsgərimə heykəl qoyun!

 

Şairlərin yazı vasitəsi qələm və klaviaturada.

Şairlərin könül mülkü onların xəyal dünyası ilə real dünya arasındakı vəhdətdir.

Şairlərin ilham qaynağı həyat və Zamanın çərxi-fələyinə bələdçilikdir.

Qələm və klaviatura Şairlərin iş aləti kimi dəyərlidir.

Könül mülkünün saflığı ilə qələm və klaviatura aö kağız və elektron monitora köklənir daima.

İlham qsybağı jəyat və onun gözəllikləri olan dünya və əbədiyyət Şairlərin ömür yolunun uol xəritəsidir...

Sadabə İrəvanlının poetik dünyasının manivelası olan "Qələm" şairənin ən mükəmməl dünyasının həyat məktəbinin sevimli alətidir...

 

Dərdlərimi, vəsf eləmir,

Dərd əlindən, bezdi Qələm!

Ağ vərəqə ləkə saldı,

Cızım-cızım, cızdı Qələm!

Həsrətimin, Qəm yükünü,

Göz yaşımla, pozdu Qələm!

Düyün düşən ümidimi,

Min bir yerə, yozdu Qələm!

Ürəyimə, Od əbədi,

Sanki, Alov-közdü Qələm!

 

İnam, həyat insanın gələcəyə bağlantısıdır.

Ümid… insan oğlunun xəyal dünyasının gerçəkliyə qovuşmasına gedən yoldur.

Xəyal, inam və ümudin birləşdiyi həyat arenasıdır.

İnam insanın düşüncəsini hərəkətə keçirərək ona həqiqəti idrak etdirir.

Ümid həqiqətə çatmaqda olan inamla yanaşı addımlayır.

Xəyal qurmaqla insan arzusuna sahiblənir.

Südabə İrıvanlı poeziyasının həyatiliyi onun həyat fəlsəfəsinin izahını da asanlaşdırır...

 

Mənə nə ümid ver, nə də yalan de,

Könlümdə göyərən, gümana dəymə.

Bulud gözlərimdə, leysana dönən,

Sinəmdə çağlayan, ümmana dəymə,

Xəyalın dolanır, mənlə yanbayan,

Ay vədi Yarımçıq, Sən uzaq dayan.

Sığalsız telimi, öpü -oxşayan,

Başıma dolaşan Dumana dəymə!...

 

Sənətə sevgi ilə yanaşan Şairlərin könül mülkü onların şərəfli əməlləri ilə yaşayaraq Sözə çevrilir.

Sənətə məhəbbətlə qayğı göstərən Söz adamlarının əsərlərində həyatın izahını tapmaqla oxucu mənəvi dünyasını zənginləşdirir

Sənətin inciləri şairin sənət incilərini yaratması ilə müəyyənləşir...

Südabə İrəvanlı xalq sevdasını qazana bilir şerlərində...

Şairin Vətən sevgisi öz dərin mahiyyəti ilə üzə çıxaraq aşıb daşır, qəlb sevdası ilə...

 

Şaxtalı-çovğunlu bir məkandayam,

Başımın üstündə, qardı-dumandı.

Mənim can dediyim Günəşim-Ayım,

Bir ömür Baharım, Azərbaycandı!

Qürbətdə göz yaşım sildirə bilən,

Adıyla düşməni öldürə bilən,

Xalqımın üzünü güldürə bilən,

Dünyaya şüarım, Azərbaycandı!

Öz ismim Südabə, həm İrəvanlı,

Atatürk qızıyam, saf, təmizqanlı,

Mən, millət ünlüyəm, mən Vətəncanlı,

Şərəfim, vüqarım Azırbaycandı

 

Sənət insanın təbiətlə qarşılıqlı münasibətindən doğan düşünərlik dünyasıdır.

Sənət insanın arzu və istəklərini dünyaya çatıram vasitədir.

Sənət dünyasının gözəlliyini insanın Ruh gözəlliyidir.

Hər bir sənət adamının sənət dünyası onun əbədi varlığıdır.

 

Eşq deyilən bur bəlaya tuş oldum,

Göz yaşımı, öpə-öpə qocaldım.

Ürəyim sızlayan kamana döndü,

Tellərini, sökə-sökə qocaldım...

 

Südabə İrəvanlının sənət dünyası mükəmməl poetik-fəlsəfi bir dünyadır.

Şairənin sənətinin gözəlliyi onun bəsirətini açan əvəzsiz nemətdir.

Uğurlar arzulayıram Südabə İrəvanlıya...

 

Nəsib Abid,

müəllim-filoloq

28 yanvar 2023-cü il